Barmaq izini şəklində ada
28 yanvar 2024 07:38 (UTC +04:00)

Barmaq izini şəklində ada

Adriatik dənizində yerləşən və uzunluğu 23 kilometrdən çox olan divarlara malik bu kiçik ada Xorvatiyaya məxsusdur.

Lent.az xəbər verir ki, dalmasiya tipli sahillərdə (sahillərə paralel uzanmış dağların ətəklərində çökək hissələrin dəniz suları altında qalması nəticəsində əmələ gəlir) yerləşən bu ada Baljenak adasıdır. Onun sahəsi 0.14 kvadratmetr, sahil uzunluğu isə 1431 metrdir.

Adada qədim alçaqboylu daş divarlardan ibarət şəbəkənin mövcudluğu səbəbi ilə havadan çəkilən görüntüsünün barmaq izini xatırlatması, bu adanı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün Xorvatiyanın rəsmi qurumlara müraciətinə səbəb olub. Bu müraciət isə müsbət cavablandırılıb.

Baljenakda bu görüntünün formalaşmasının isə bir neçə səbəbi var. Yaxınlıqdakı Kapriye adasının bir vaxtlar burada fəaliyyət göstərən sakinləri kənd təsərrüfatı sahələri ilə məşğul olublar. Onlar daşları bir-birinin üzərinə qalaqlamaqla divarı hörürdülər. Bu divarlar isə üzüm bağlarını, zeytun bağlarını və müxtəlif əkin sahələrini bir-birindən ayırmaq üçün ucaldılmışdı. Digər bir səbəb isə bu təsərrüfat sahələrini küləyin dağıdıcı təsirindən qorumaq idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6660
avatar

Oxşar yazılar