Hindistanın Uttar Pradeş ştatında sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 7 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.
Lent.az "Sinxua" agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdiriliblər, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.