Aparıcılar efirə hicabla çıxdılar
23 may 2022 08:49 (UTC +04:00)

Aparıcılar efirə hicabla çıxdılar

 Əfqanıstan televiziyalarında qadın aparıcıların efirə hicabla çıxması tələb kimi qoyulub.

Lent.az-ın xəbərinə görə, qadınlar hicaba uzun müddət müqavimət göstərsələr də, ciddi nəticə əldə edə bilməyiblər. Talibanın göstərişlərinə uyğun olaraq qadın aparıcılar bazar günü efirə üzlərini gizlədən geyimdə çıxıblar. 

İmanın Təbliği və Günahların Qarşısının Alınması Nazirliyi şənbə günündən etibarən aparıcıların efirə hicabla çıxmasını tələb etsə də, qadınlar buna məhəl qoymamışdı. Lakin bazar günü tələb konkretləşib: ya hicab, ya da işsizlik. TOLOnews, Ariana Television, Shamshad TV və 1TV kanallarının xəbər bülletenlərini üzüörtülü aparıcılar təqdim edib. 

Bundan başqa, dövlət işində çalışan kişilərin arvadları və qızları hicab və ya burqa geymədikləri təqdirdə onlar işdən azad olunacaq.

# 3852
avatar

Oxşar yazılar