Məşhur aktrisa Ancelina Coli Ukraynadakı hərbi əməliyyatlarla bağlı paylaşım edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa “Instagram” hesabında Ukrayna xalqına dəstəyini bildirib.
Paylaşımda qeyd edilir:
“Bir çoxlarımız kimi mən də Ukraynadakı insanlar üçün dua edirəm. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığındakı həmkarlarım və mən bütün diqqətimizi regionda məcburi köçkünlərin və qaçqınların müdafiəsi və əsas insan hüquqlarının təmin edilməsi üçün əlimizdən gələni etməyə cəmləşdirmişik”.