Amerikalıları dəhşətə salan qatil
21 mart 2021 14:38 (UTC +04:00)

Amerikalıları dəhşətə salan qatil

ABŞ-da 1 nəfərin qətlində günahlandırılan şəxs 15 nəfəri öldürdüyünü etiraf edib.

Lent.az-ın KRQE telekanalına istinadən verdiyi məlumata görə, bu ilin martında Missuri ştatının Sent-Luis şəhərində 47 yaşlı Şon Lannon bir nəfəri avtomobili ilə oğurlayarkən saxlanılıb.

Ş. Lannon bir nəfəri ölünə qədər döyməkdə, o cümlədən Nyu-Meksika ştatındakı Albukerke aeroportunun qarajındakı avtomobildə meyitləri aşkarlanan 4 nəfəri öldürməkdə şübhəli sayılır.

İstintaq zamanı isə Ş. Lannon tək bu 5 cinayəti törətdiyini deyil, eyni zamanda Nyu-Meksika ştatında 11 nəfəri öldürdüyünü bildirib. O, öldürdüyü şəxslərin narkotacir olduqlarını iddia edib.  

Ş. Lannon qurbanlarından birinin - Albukerke aeroportunda maşında meyiti tapılanlardan Cennifer Lannonun keçmiş həyat yoldaşıdır.

Hələlik Ş. Lannona qarşı yalnız Nyu-Cersidə bir nəfərin ölümü ilə əlaqədar ittiham irəli sürülüb. Polis Ş. Lannonun ifadəsində etiraf etdiyi qətllərlə bağlı məsələni araşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2130
avatar

Oxşar yazılar