Alimlər: Avropada ilk Homo sapiens Almaniyanın şərqində yaşayıb
03 fevral 2024 04:56 (UTC +04:00)

Alimlər: Avropada ilk Homo sapiens Almaniyanın şərqində yaşayıb

Beynəlxalq tədqiqat qrupu Almaniyanın şərqindəki Türingiya bölgəsindəki bir mağarada təxminən 45 min il əvvələ aid insan qalıqları aşkar edib. Lent.az xəbər verir ki, diqqətlə araşdırıldıqda, bu sümüklərin Avropadakı ilk Homo sapiensin qalıqları olduğu ortaya çıxıb.

İlsenhöhle mağarasında tapılan bir neçə sümükdə DNT-ni aşkar etmək mümkün oldu. Bundan əlavə, tədqiqatçılar bıçaq formalı daş alətlər də aşkar ediblər.

Təxminən 45 min il əvvəl, kəşf edilən insanların yaşadığı dövrdə, Homo sapiens Avropada məskunlaşan neandertalları yenicə sıxışdırmağa başlamışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3837
avatar

Oxşar yazılar