Polisi hədələyən aktrisa
30 iyun 2021 17:04 (UTC +04:00)

Polisi hədələyən aktrisa

Aktrisa polisləri Sedat Pekerlə hədələdi - VİDEO

Türkiyənin məşhur aktrisası sevgilisi ilə birgə restoranda dava salıb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, məhşur aktrisa Ayşegül Çinar sevgilisi Furkan Çalıkoğlu ilə getdiyi əyləncə məkanında ətrafdakılarla dalaşıb.

F.Çalıkoğlu mətbəxdən götürdüyü bıçaqla zaldakı insanlara hücum edib və dərhal polisə məlumat verilib.

Aktrisanın sevgilisi Furkan Çalıkoğlu

Hadisə yerinə gələn polislər bıçağı onun əlindən almağı bacarıb və şöbəyə aparıblar. Bu zaman restoranın çıxışında aktrisa Ayşegül Çinar polisin qarşısını kəsərək, “Siz mənim sevgilimi saxlaya bilməzsiniz. Mən sənətçiyəm. Yer təyin edin, jurnalistləri çağırıb hamınızı biabır edəcəm. Sedat Peker belə öz çıxışında məndən bəhs edib, onlar hər yerdədir. Sizi tək-tək vurduracam”, - deyə, fikirlər səsləndirib.

Daha sonra aktrisa da saxlanılaraq şöbəyə aparılıb. Yolda isə o, polis əməkdaşına kəllə atıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1554
avatar

Mehman Nəbiyev

Oxşar yazılar