ABŞ Dövlət Departamenti: Rusiya İrana PUA verərsə...
11 avqust 2022 23:43 (UTC +04:00)

ABŞ Dövlət Departamenti: Rusiya İrana PUA verərsə...

Tehran Moskvaya PUA verəcəyi təqdirdə ABŞ Rusiya və İrana qarşı sanksiyalardan aktiv istifadə edəcək.

Lent.az-ın TASS-a istinadla xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel mətbuat konfransında bildirib. 

Patel vurğulayıb ki, Dövlət Departamenti ABŞ-ın silah ticarəti ilə bağlı sanksiyalarına əməl edilib-edilmədiyinə ciddi nəzarət edir. 

İranın Rusiyaya PUA-lar verməsi məsələsinə toxunan sözçü bunun sanksiyaların əhatə dairəsinə girdiyini bildirib: “Bu tip transaksiyalar potensial olaraq ABŞ hüquqi aktlarının təsir dairəsinə daxildir”.

Diplomat qeyd edib ki, İran bu yaxınlarda Rusiya tərəfə öz istehsalı olan PUA nümunəsini təqdim edib. Bu avadanlıqların zərbə variantları da mövcuddur. 
 

# 1377
avatar

Oxşar yazılar