Çeçen əsilli “qanuni oğru” Əhməd Dombayev vətənində iki üçmərtəbəli imarət tikdirib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Əhməd Şalinski ləqəbli avtoritet ötən ilin oktyabrında Çelyabinskdəki həbsxanadan buraxılıb. O, on il idi quldurluğa görə cəza çəkirdi.
Şalinskinin imarətləri hündür hasarla əhatəyə alınıb. Evin qiymətli metaldan hazırlanmış darvazalarına səkkizguşəli ulduz şəklində döymə etdirilib.
Şalinski hazırda Moskvada yaşayır, Çeçenistana nadir hallarda gəlir.
Qeyd edək Ki, Əhməd Dombayevin adı bir qədər əvvəl qətlə yetirilmiş Lotu Qulinin varisləri arasında çəkilir.