İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 109 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
14:24
İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 107 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
***
saat 13:20
Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə ölənlərin sayı 105-ə çatıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin baş verdiyi oktyabrın 30-dan bu günə kimi 1475 yeraltı təkan meydana gəlib.
Yaralanan 1027 nəfərdən 883-ü müalicə olunaraq evə buraxılıb, 144 nəfərin müalicəsi davam edir. Xilasetmə işləri aparılan 17 binadan 12-də işlər başa çatıb, 5 binada işlər davam edir.
***
10:28
İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 102 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
***
saat 09:28
İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alan 994 nəfərdən 147-si xəstəxana şəraitində müalicə olunur, 847-si evə buraxılıb.