3 mindən çox insan fəlakət zonasından ÇIXARILDI
03 iyul 2022 02:28 (UTC +04:00)

3 mindən çox insan fəlakət zonasından ÇIXARILDI

"Bonni" tropik qasırğası səbəbindən Kosta-Rikada 3500-dən çox insan təhlükəli ərazilərdən təxliyə edilib.

Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Twitter”də Respublikanın fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə komissiya məlumat yayıb.

“3536 nəfər 54 sığınacaqdadır və burada ehtiyaclsrı olan hər şeyi alıb”, - deyə hesabatda deyilir.

Karib dənizi üzərində hərəkət edən tufan şənbə günü gecə Kosta-Rika ərazisi üzərindən keçib.

Bəzi ərazilərdə yağıntının miqdarı 220 mm-ə çatıb. Əhali arasında ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.

# 912
avatar

Oxşar yazılar