140 cinayəti olan 13 yaşlı uşaq saxlanıldı -FOTO
06 may 2021 21:20 (UTC +04:00)

140 cinayəti olan 13 yaşlı uşaq saxlanıldı -FOTO

Türkiyənin Konya vilayətində 13 yaşlı uşaq 9 günə 3 dəfə oğurluq edib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, şəhərin hüquq-mühafizə orqanları son 1 ayda 10 müəssisədən 67 min lirə (təxminən 13 min 700 manat), velosiped, mobil telefonlar, ərzaq məhsulları və avtomobil ehtiyat hissələri oğurlanması ilə bağlı əməliyyatlar keçirib.

Təhlükəsizlik kameralarına baxış zamanı isə oğurluğu törədən şəxsin 13 yaşlı T.T olduğu məlum olub.

Onun, həmçinin, ayrı-ayrı vaxtlarda restoranları da qarət etdiyi bildirilir. 

Araşdırma zamanı məlum olub ki, T.T 6 yaşından oğurluğa başlayıb. O vaxtdan bəri azyaşlının 140 cinayəti polis tərəfindən qeydiyyata alınıb.

Ancaq bu cinayətlərlə məhkəməyə çıxarılan 13 yaşlı T.T sərbəst buraxılıb.

Oğurluğa görə saxlanılan T.T (mülki geyimdə)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310
avatar

Mehman Nəbiyev

Oxşar yazılar