106 yaşlı qadın doğum gününü çılpaq ofisiantla keçirdi - FOTO
11 avqust 2022 19:07 (UTC +04:00)

106 yaşlı qadın doğum gününü çılpaq ofisiantla keçirdi - FOTO

Böyük Britaniyanın Linkoln şəhər sakini Nora Şou 106 yaşını yarıçılpaq ofisiantla qeyd edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, uzunömürlü qadın 2021-ci ildən Britaniyanın Şərqi Midlend bölgəsindəki “Tennyson Wharf” qocalar evində yaşayır.

Şou doğum gününü onu təbrik etməyə gələn 32 yaşlı ofisiant Eddi Betteriçlə keçirib. Qadının təkidilə ofisiant köynəyini soyunaraq masaya əyləşib.

Məlum olub ki, ofisiantın bədənində tükün olmaması qadının xoşuna gəlib və onun masada soyunub oturmasını istəyib.

“Mən heç vaxt belə bir şey görməmişəm”, deyə Şou sevincini belə ifadə edib.

# 2790
avatar

Oxşar yazılar