Türkiyədə zəncirvari reaksiya: lazlar da “açılım” istəyir
Türkiyədə “Demokratik açılım” adı altında atılan adamlara bu ölkədə yaşayan lazlardan etiraz gəlib. Lent.az-ın Türkiyə mediasına istinaən verdiyi məlumata görə, Türkiyə yüksək Öyrətim Kurulunun Mardindəki Artuklu Universitetində Yaşayan Dillər İnstitutu qurulması və burada tədris ediləcək dillər arasında laz dilinin olmaması lazların etirazı ilə qarşılanıb.
Lazlar bu institutda laz dilinə də yer verilməsi üçün YÖK-ə müraciət etməyə hazırlaşırlar. Laz Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Həsən Oral “Açılımın yalnız müəyyən bir seqmentin imtiyazı olaraq qalmaması, Türkiyədə yaşayan və yox olma təhlükəsi yaşayan bütün mədəniyyətləri qoruması, qanuni zəmanət altına almasını tələb edirik. Bu, onsuz da Konstitusiyanın bərabərlik qanunu ilə da ziddiyyət təşkil edər”, - deyib.
Lazcanın iki nəsil ömrü qaldığını söyləyən Oral, həmçinin hökumətin başlatdığı demokratik açılımın onları həyəcanlandırdığını söyləyib. YÖK rəhbəri, professor Yusuf Ziya Özcanın açıqlamasında yeni açılan İnstitutun fəaliyyətinin itmə təhlükəsi altında olmayan kürdcə, ərəbcə, ermənicə, gürcücə, farsca kimi dillərlə məhdudlaşacağı barədə sözlərə üzüldüyünü söyləyən Oral, “Bu dillərə bağlı bölgələrdə institutların olmasına qarşılıq, lazcanın öz ana yurdu olan ölkəmizdə və dünyanın heç bir ölkəsində bu zəmanəti yoxdur” deyib.
Hasan Oral daha sonra bildirib ki, onlar yeni institutda laz dili ilə bağlı bölümlərin açılmasını, Laz xalqının Şərqi Qaradənizdə gündəlik həyatda istifadə edilən lazca yer adlarının qaytarılmasını, lazcanın ibtidai təhsildə könüllü olaraq tədrisini tələb edirlər.
Kimyə Rüstəmova

Oxşar yazılar

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı - FOTO
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34