“Süleyman məbədi”nin qulluqçusu, Peyğəmbər anası, insan övladı - HEKAYƏT
...Uzun illər sonsuz olan bir ailə, uşaqları olsa, onu Allahın xidmətinə verməyi vəd etmişdi. O, belə bir ailənin övladı kimi doğuldu. Oğlan gözləyirdilər, qız oldu. Buna baxmayaraq, valideynləri vədlərinə əməl etdilər. Gənc qız, Allahın sevimli qullarından birinə çevrildi, əxlaqıyla öz qövmünə örnək oldu. Və günlərin birində, bir mələyin gətirdiyi xoş xəbərlə onun öz həyatı, möcüzəvi olaraq doğduğu övladıyla isə dünyada bir çox şey dəyişdi. Allah tərəfindən mədh edilən, İslam peyğəmbəri tərəfindən cənnətlə müjdələnən və günümüzdə adı milyonlarla adamın dua pıçıldayan dodaqlarında təkrarlanan, milyonlarla qıza adı verilən bu qadın Məryəm idi – Həzrəti Məryəm...
Xatırla ki, bir zaman mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.”
(Ali-İmran surəsi, 42)
Hər gün milyonlarla xristianın və müsəlmanın dua axan dodaqlarında onun ismi təkrarlanır. Peyğəmbər anası olmaq şərəfinə çatan bu müqəddəs qadının həyatı ilə tanış olmaq üçün ən gözəl bələdçi isə, onun haqqındakı mötəbər bilgiləri verən “Qurani-Kərim” başda olmaqla, səmavi dinlərin kitablarıdır. İndi gəlin, birbaşa Yaradan tərəfindən “seçilmiş, təmizlənmiş və digər qadınlardan üstün tutulmuş” (Ali-İmran surəsi, 42), eyni zamanda İslam peyğəmbəri tərəfindən adı çəkilərək cənnətlə müjdələnən bu müqəddəs qadının həyatına daha yaxından nəzər salaq...
Din tarixi mütəxəssislərinin fikrincə, Allah tərəfindən Hz. İsanı dünyaya gətirmək vəzifəsi verilən Hz. Məryəm, təxminən iki min il əvvəl, o dövrdə Roma İmperiyasının hakimiyyəti altında olan Fələstin torpaqlarında, yəhudi xalqının nümayəndəsi olaraq həyata gözlərini açdı. Zaman o zaman idi ki, Hz. Musanın, digər Allah elçilərinin çağırışlarına baxmayaraq (daha doğrusu, haqq yolundan üz döndərərək) neçə nəsillər, cəmiyyətlər bütpərəstlik azarından qurtula bilməmişdilər. Cəmiyyətdə xaos və küfr hakim olmuşdu. Belə bir ortam yeni bir peyğəmbərin ortaya çıxması üçün bütün lazımi şərtləri də ehtiva edirdi. Bu mübarək insanı dünyaya gətirmək isə Məryəmə nəsib olacaqdı.
Məryəmin mənsub olduğu İmran ailəsi, müsəlmanların müqəddəs kitabı olan “Quran”da buyurulduğu kimi, Allahın mədhinə layiq olmuş bir topluluq idi: “Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş (üstün) etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər.” (Ali-İmran surəsi, 33-34)
XII-XIII yüzilliklərin fiqh, hədis və tarix alimi İbn əl-Əsirin nəql etdiyinə görə, Hz. Məryəmin atası İmran və anası Hənnənin uşaqları olmurdu. Bir gün Hənnə bir ağacın kölgəsində oturarkən, balasını yemləyən bir quş görür. Qabaran analıq hissləri ilə Allaha dua edərək, övlad sahibi olmaq istəyini dilə gətirir. Duası qəbul olunarsa, uşağını Beytülmüqəddəsin (Beytülmüqəddəs (və ya Beytülməqdəs) Qüds (Yerusəlim) şəhərindəki müqəddəs məbədin adıdır. Bu möhtəşəm məbədi Həzrət Süleyman Peyğəmbər tikdirmişdi. Ona görə də, ona həm də «Süleyman məbədi» deyirdilər. Tikildikdən təqribən 400 il sonra babillilərin hücumu zamanı bütün Qüds şəhəri, o cümlədən Beytülmüqəddəs dağıdıldı. Sonralar onun yerində kiçik ölçülü yəhudi məbədi, daha sonralar isə xristian kilsəsi tikildi. Qurani-Kərimdə həmin məbədlər də ilk məbədin şərəfinə «Beytülmüqəddəs» adlandırılır. Həzrət Mühəmməd Peyğəmbər salavatullah meraca qalxarkən əvvəlcə Məkkədəki Beytullah məscidindən Qüdsdəki Beytülmüqəddəsə gəlmiş, sonra buradakı qayanın üstündən səmaya yüksəlmişdi. İkinci xəlifə Ömər ibn Xəttabın zamanında Qüds müsəlmanlar tərəfindən fəth edildikdən (637) sonra həmin yerdə «Məscidül-əqsa» deyilən məscidi tikdilər) xidmətinə verəcəyini söyləyir. Onun bu vədi “Quran”da belə nəql edilməkdədir: “(Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!”– dediyini xatırla!” (Ali-İmran surəsi, 35) Ancaq Hənnə, övladının qız olacağını ağlına gətirməmişdi.
Məryəmin doğulmasını görmək atası İmrana qismət olmadı. Dünyaya gələcək övladının oğlan olacağını fikirləşərək vəd verən Hənnə, qızı olandan sonra da vədini təkrarladı və ona, “Allaha ibadət edən qadın” anlamına gələn “Məryəm” adını verdi. Bu hadisə sonuncu səmavi kitabda belə açıqlanır: “...Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum” – söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun şeytandan Sənə tapşırıram” (−dedi).” (Ali-İmran surəsi, 35-36)
Allah, Məryəmin anası Hənnənın bu səmimi duasını qəbul edəcək və “Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü…” (Ali-İmran surəsi, 37) ayəsində də deyildiyi kimi, Hz. Məryəmə bir əxlaq timsalı olaraq böyüməyi qismət edəcəkdi.
“Məryəm” adının mənası “dindar qadın” deməkdir. Ona, “kişilərdən qaçan, ismətli” mənasında “Bətül” adı da verilir.
Anası öz vədinə uyğun olaraq, qızını bələyib Beytülmüqəddəsə apardı. Uşağın məsuliyyətini Hz. Yəhyanın atası Hz. Zəkəriyya öz üzərinə götürdü. (İbn əl-Əsirə görə, Zəkəriyyanın zövcəsi, Məryəmin xalası (başqa bir hədisə görə bacısı) idi.) Bundan sonra Allahın sevimli qullarından olan Hz. Zəkəriyya, Hz. Məryəmə yaxından diqqət göstərəcək, onun həyatındakı möcüzəvi hadisələrə şəxsən şahid olacaqdı.
Hz. Zəkəriyya, Məryəm üçün xüsusi bir yer ayırmışdı. Məryəm daim burada ibadət və dua ilə məşğul olurdu. Onun yanına ancaq Hz. Zəkəriyya girə bilirdi. Hz. Zəkəriyya hər dəfə yemək gətirmək üçün onun yanına gələndə, Məryəmin yanında o fəsildə olmayan meyvələr görürdü.
Məryəmin seçilmiş bir bəndə olduğunu təsdiq edən bu möcüzə “Quran”da (Ali-İmran surəsi, 37).belə nəql edilir: “Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm! Bunlar sənin üçün haradandır?”− dedikdə, o: “Allah dərgahındandır!” – deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!”
Hz. Məryəm bu mənəvi təmiz şəraitdə bir əxlaq abidəsi kimi böyümüşdü. Onu ziyarətə gələn mələklər daim Allah qatındakı məqamını və bir peyğəmbər dünyaya gətirmək üçün seçildiyini müjdələyirdilər. Məryəm bu böyük günü gözləyirdi.
Məryəmin həyatındakı möcüzələrdən biri də Cəbrail ilə görüşməsi idi. “Quran”a görə, Cəbrail, Məryəmi qorxutmamaq üçün ona insan surətində görünmüşdü: “Kitabda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb şərq tərəfində bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) tam bir insan surətində göründü.” (Məryəm surəsi, 16-17)
Hz. Məryəm, qarşısındakı şəxsin Cəbrail olduğunu bilmədiyi üçün, bu yad (naməhrəm) üzdən qorxmuş və Allaha sığınmışdı: “(Məryəm) dedi: ‘Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə (mənə) toxunma!” (Məryəm surəsi, 18)
Cəbrail isə müjdəsini verməklə kifayətləndi: “(Cəbrail:) “Mən sənə ancaq tərtəmiz (məsum) bir oğlan uşağı bağışlamaq üçün Rəbbinin (lütf edib göndərdiyi) elçisiyəm!” − dedi.” (Məryəm surəsi, 19)
Hz. Məryəm, mələklərin ona əvvəlcədən verdiyi müjdəni xatırlasa da, təəccüblənmişdi. Çünki o, ərdə deyildi və əlinə kişi əli dəyməmişdi. O günə qədər zehninə ibadətdən başqa heç bir fikir girməmişdi. Cəbraildən soruşdu: “(Məryəm) dedi: Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Məryəm surəsi, 20)
“Məryəm” surəsinin 21-ci ayəsində oxuyuruq: “(Cəbrail) dedi: Elədir, lakin Rəbbin buyurdu: Bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!”
Və Hz. Məryəm, ona heç bir adam toxunmadığı halda, Hz. İsaya hamilə qalmışdı. “Quran”dakı işarələri izləyərkən anlayırıq ki, o, körpəsini təkbaşına dünyaya gətirmiş, doğuş sancılarına qarşı dözüm qazanmaq üçün də xurma ağacının budaqlarından güc almışdı.
Onun hamiləliyi haqqında müxtəlif görüşlər var. Bəzi alimlər onun hamiləliyinin bir və ya doqquz saat, bəziləri isə səkkiz ay davam elədiyini deyir. Ən çox qəbul edilən görüşə görə isə o, digər qadınlar kimi təbii hamiləlik müddəti qədər hamilə qalmış və yenə təbii şəkildə öz uşağını dünyaya gətirmişdi.
“Quran”da “(Məryəm) artıq hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi.” (Məryəm surəsi, 22) ayəsində də bildirildiyi kimi, Hz. Məryəm, bu möcüzəvi doğuşdan sonra bir müddət təkbaşına yaşamışdı. Gözdən uzaq bir yerə çəkilməsinin səbəbi, öz qövmünün şübhə və ittihamla dolu baxışlarından xilas olmaq üçün idi. Başına gələn bu böyük hadisəni insanlara necə izah edəcəyini bilmədiyi üçün sıxıntılı idi. Halbuki, hələ bilmədiyi çox şey var idi...
Qucağında Hz. İsa ilə qayıdanda, hər şeydən bixəbər olan qövmünün tənələri və iftiraları ilə qarşılaşdı. Onun qövmü, bu hadisəni başa düşə bilməzdi. Hələ dünyaya gəlməmiş, Allah yolunda xidmətə nəzir edilmiş, tərtəmiz, iffətli Məryəm, indi qucağında atasının kim olduğu bilinməyən bir uşaqla onların qabağına çıxmışdı.
Şayiələr hər yana yayıldı. Məryəm isə, Allahın “Ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: ‘Mən Rəhman üçün oruc (sükut orucu) tutmağı nəzir etmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!” (Məryəm surəsi, 26) əmrinə əsasən susur, bu təhqirləri cavabsız qoyurdu. (Səhabələrdən biri olan Abdullah ibn Zeydin nəqlinə görə, bu əmrləri Məryəmə çatdıran Cəbrail yox, bələkdə anası ilə danışan Hz. İsa idi.)
Məryəmin üzərindəki təzyiq get-gedə artırdı. O isə susmağa and içmişdi. Onunla danışmaq istəyənlərə əliylə bələkdəki Hz. İsanı göstərirdi: “(Məryəm: “Özü ilə danışın”−deyə) ona (uşağa) işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışaq?”− dedilər. (Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi, zülmkar, asi etmədi! Doğulduğum gün də, öləcəyim gün də, (qiyamət günü qəbirdən) diri olaraq qaldırılacağım gün də (Allahdan) mənə salam olsun!” Bu, (yəhudilərin və xaçpərəstlərin) barəsində şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında (Allahın buyurduğu) haqq sözdür!” (Məryəm surəsi, 29-34)
Allah, qövmünün Hz. Məryəmdən tələb etdiyi izahatı, beləcə Hz. İsanın dilindən çatdırır, iftira buludlarını dağıdır və eyni zamanda da bu möcüzəylə Hz. İsanın peyğəmbərliyi İsrail oğullarına bildirilirdi. Lakin onun qövmü, digər peyğəmbərlərin qövmləri kimi, bütün möcüzələrə baxmayaraq, Hz. İsanın peyğəmbərliyini inkar etmək yolunu seçmişdi.
Biz Hz. Məryəmin doğulmasından, onun Hz. İsanı dünyaya gətirməsinə qədərki hadisələr silsiləsini “Quran”ın – sonuncu səmavi kitabın gözü ilə izləməyə çalışdıq. İslam alimləri, müsəlmanların müqəddəs kitabında Hz. Məryəmin hamilə qalması və Hz. İsanın doğulmasıyla əlaqədar bu qədər təfərrüatlı məlumatın verilməsinin səbəbi kimi, yəhudi və xristianların bu mövzudakı əsas bilgiləri təhrif etməklərini göstərirlər. “Quran” həm Hz. Məryəmi, həm də Hz. İsanı layiq olduqları mərtəbəyə ucaldaraq, ifratçılığı aradan qaldırmışdır. Fəqət “Quran”da, Hz. Məryəmin nə qədər yaşadığı və harada öldüyü haqqında məlumat verilmir.
Xristianların gözüylə Hz. Məryəm
Xristian dünyasının Hz. Məryəm haqqındakı anlayışına görə isə “Madonna” (Xanım) kimi tanınan və Qalileyanın Nazaret şəhərində yaşayan Məryəmin adı, “Əhdi-cədid”də («Tövrat»ın I hissəsini meydana gətirən 39 kitaba “Əhdi-ətiq” deyilməkdədir. “Əhdi-ətiq” “Tövrat”ı və “Zəbur”u da əhatə edir. “Əhdi-ətiq”dən sonra gələn və xristianlar tərəfindən müqəddəs bilinən 27 kiçik kitaba isə “Əhdi-cədid” deyilir. “Əhdi-cədid” xristianlığın əsas kitabıdır və çağdaş Qərb mədəniyyətinin meydana gəlməsində böyük rol oynamışdır. “Əhdi-ətiq”lə “Əhdi-cədid” bir yerdə «Tövrat»ı meydana gətirir) “Nazaretli İsanın anası” kimi çəkilir. “Əhdi-cədid”də Hz. Məryəm, Davudun soyundan gələn, Yusifin nişanlısı olduğu halda Müqəddəs Ruh vasitəsiylə hamilə qalan gənc bakirə kimi təqdim edilir.
Xristianların əksəriyyəti, Hz. Məryəmin İsanı dünyaya gətirənə qədər bakirə olduğuna inanır. Xristian din alimləri və kilsələri Həzrəti Məryəmin həyatının qalan hissəsində də bakirə olduğunu qəbul edir.
“Əhdi-cədid”də Hz. İsanın həyatının önəmli dönəmlərində Hz. Məryəmdən də bəhs edilir. Bundan əlavə, Hz. İsanın göyə yüksəlməsindən dərhal sonra həyata keçirilən birgə ibadət mərasimlərində Hz. Məryəmin də iştirak etdiyinə inanırlar. Hz. Məryəmin həyatı haqqında detallara gəldikdə isə, onun anasının və atasının adları qədim qaynaqlarda Anna və İoakim kimi qeyd edilmişdir. Xristian məzhəbləri Məryəm haqqında müxtəlif ehkamlar irəli sürürlər, ancaq onların hamısının ortaq nöqtəsi, Məryəmə bəslədikləri hörmətdir.
Xristian din alimləri və kilsələri Hz. Məryəmi, tanrının lütfünü qazanan və bu dünyadakı ömrü başa çatandan sonra göyə yüksəldilən İsanın həmişə bakirə qalan anası kimi qəbul edirlər. Bəzi anqlikanlar, metodistlər və lüterçilər də daxil olmaqla, protestantlar da Hz. Məryəmə dərin hörmət bəsləyirlər. Roma katolik məzhəbində Bakirə Məryəm haqqında tədqiqatlar aparmaq məqsədiylə “mariologiya” adlı bir elm şöbəsi meydana gətirilmişdir. Həmçinin, “marianum” adlandırılan və ancaq bu sahəylə məşğul olan, kilsə tərəfindən səlahiyyət verilən məktəblər də yaradılmışdır.
Konstantinopol patriarxı Nestorinin Hz. İsa haqqında təlimini dinləmək üçün 431-ci ildə Roma Katolik Kilsəsi, (Rum) Konstantinopol Pravoslav Kilsəsi və Şərqi pravoslav kilsəsi tərəfindən birgə təşkil edilən və Efesdə keçirilən III Ümumdünya Kilsə Şurasında “Theotokos” (tanrını dünyaya gətirən) ifadəsi Hz. Məryəmin ünvanı kimi qəbul edilmişdir. Eyni mənaya gələn “Mater dei” (tanrının anası) ifadəsi isə Qərbi katolik kilsəsi tərəfindən işlədilməkdədir. Yuxarıda göstərilən kilsə şurası belə bir açıqlama vermişdir: “Hər kim Emmanuilə (İsa nəzərdə tutulur) həqiqi tanrı kimi pərəstiş etməsə, Ata-Allahdan gələn, sonra cisim şəklinə düşən Sözü cisim şəklində doğduğu üçün Müqəddəs Bakirəni «Tanrını doğan» saymasa, kilsədən kənar edilsin».
Həzrəti Məryəmə “Ana kraliça” ünvanı isə xristianlığın ilk dövrlərində, kral Davudun nəslindən gəldiyi iddia edilən və “kralların kralı” adlandırılan İsanın anası olduğu üçün verilmişdi. “İncil”in “Krallar” (II, 19-20) hissəsi bu iddia üçün əsas təşkil edir. Orada, kral Süleymanın anasının “ana kraliça” elan edilməsindən, onun və ondan bir xahişi olanların bütün arzularının yerinə yetdiyindən danışılmaqdadır.
Bəzən də Hz. Məryəmdən “Yeni Həvva” kimi danışılır. Bu inanışa görə, Həvvanın itaətsizlik göstərməsinin ziddinə, Məryəmin tanrının əmrlərinə itaət etməsinin nəticəsində bəşəriyyət Hz. İsa sayəsində xilas olmuşdur.
“Əhdi-cədid”də Məryəm haqqında təlim
“Əhdi-cədid”də Hz. Məryəmin keçmişi haqqında kifayət qədər bilgi yoxdur. Nişanlı olduğu dövrdə Cəbrail Məryəmə, Müqəddəs Ruh sayəsində, gəlişi haqqında öncədən məlumat verilən Məsihə hamilə qalacağını bildirir. Yusif bir gecə yuxusunda Məryəmin hamilə qalmağından xəbər tutur və çox təəccüblənir. Ancaq mələk ona deyir ki, qətiyyən narahat olmasın və Məryəmlə evlənsin. Yusif bu əmri yerinə yetirir. Mark və Yəhyanın “İncil”lərində və həvari Pavelin məktublarında da İsanın doğulması haqqında açıq məlumata yer verilməmişdir.
Lukanın “İncil”inə (“Əhdi-cədid”in ilk dörd hissəsini meydana gətirən kanonik “İncil”lərdən üçüncüsü. “Luka” latınca “aydınlıq” mənasını verir. Bu “İncil”in, əsas peşəsi həkimlik olan Luka tərəfindən qələmə alındığı qəbul edilməkdədir. Luka, Hz. İsanın həvarilərindən deyil, həvari Pavelin davamçılarından olmuşdur. Bu kitab, müqəddəs Yəhyanın doğulmasından İsanın göyə yüksəlməsinə qədər keçən təxminən 35 illik dövrü əhatə edir. Eramızın 60-cı illərində yazıldığı güman edilir) əsasən, Cəbrail, Hz. Məryəmə möcüzəvi şəkildə hamilə olduğunu deyəndə, Məryəm dərhal İudada (qədim İsrailin güneyində bir yer) əri Zəkəriyya ilə yaşayan Yelizavetanı görməyə gedir. Ora çatanda Yelizaveta onu “tanrının anası” deyə qarşılayır və Məryəm də bunun müqabilində bir şükran nəğməsi oxuyur. Üç aydan sonra Məryəm evinə qayıdır. Daha sonra Yusiflə Hz. Məryəm Beytləhmə gedirlər və Hz. Məryəm orada Hz. İsanı dünyaya gətirir. Ona İsa adı qoyulur. Bütün bu hadisələr, Cəbrailin əvvəlcə Məryəmə, sonra isə Yusifə verdiyi bilgilər daxilində baş tutur (cərəyan edir).
Daha sonra növbə, təzə doğulan uşaqlara tətbiq edilən qanunlar çərçivəsində, İsanın Qüdsdə yerləşən bir məbəddə tanrının hüzuruna çıxarılması mərasiminə gəlir. Bu hadisədən sonra, Misirə səfərə çıxır və kral I İrodun e. ə. təxminən 2-1-ci illərdə ölümündən sonra Nazaretdə məskən tuturlar. Hz. Məryəm Nazaretdə 30 ilə yaxın yaşayır.
“Əhdi-cədid”də Hz. İsanın cavanlığından danışılan yeganə hadisədə, Hz. Məryəmin də adı çəkilir. Hz. İsa 12 yaşında olanda Qüdsdəki pasxa mərasimindən qayıdarkən Məryəmlə Yusifin yanından uzaqlaşır və məbəddəki təlimçilərin yanına gedir. Bu hadisədən Hz. İsaya peyğəmbərlik verilməsinə qədər keçən müddətdə güman ki, Hz. Məryəm dul qalmışdı, çünki Yusifdən bir də danışılmır.
Xaç suyuna salınmasından və səhrada şeytanın onu yoldan çıxarmağa çalışmasından sonra, Kanadakı ziyafətdə Hz. İsa suyu şəraba çevirərək ilk möcüzəsini həyata keçirəndə, Hz. Məryəmin də orada olduğu inanışı var. Bundan əlavə, Hz. Məryəm, Hz. İsa çarmıxa çəkiləndə də “İsanın sevdiyi həvarisi, ən sevimli tələbəsi (Burada Həzrət İsanın ən sevimli tələbəsi olduğu iddia edilən İohann nəzərdə tutulub. (Elə bu ifadə də İohann İncilindəndir)) həvarinin yanında” bacısıyla birgə dayandığı şəkildə təsvir edilməkdədir. “İncil”də yer almamasına baxmayaraq, Hz. Məryəmin, oğlunun ölü bədənini qucaqlayan təsviri də “mərhəmət” (pyeta) adı altında tez-tez rast gəlinən motivlərdən biridir.
“Elçilərin işləri” adlı hissədə (I, 12-26, xüsusən də 14) Hz. İsa göyə çıxandan sonra İudanın yerinə 13-cü həvari seçiləndə, Ali otaqda olan 120 nəfərin arasından 12 həvaridən başqa ancaq Hz. Məryəmin adı çəkilir.
“İncil”ə görə isə Hz. Məryəm İoakimlə Annanın (Hənnə) qızıydı. Məryəm ana bətninə düşməmişdən qabaq Anna qısır idi. O, hamilə qalanda isə özü də, əri də çox qocalmışdılar. Məryəm üç yaşına gələndə, ata-anası onu təqdis edilmiş bir bakirə kimi Qüdsdəki məbəddə xidmət etməyə göndərmişdilər.
Xristian alimlərinin fikirlərinə görə Hz. Məryəm, Hz. İsa göyə yüksələndən 3-15 il sonra (geniş yayılmış məlumata görə 57-ci ildə), Qüdsdə (və ya Efesdə) 72 yaşında ikən ölmüşdür. Öləndə onun yanında həvarilər olubmuş. Yalnız həvari Foma gecikib, dəfndən 3 gün sonra özünü çatdırıb. Məryəmi diri halda görə bilmədiyinə heyfsilənən Foma xahiş edir ki, məqbərəni açıb cəsədi ona göstərsinlər. Ancaq həvarilər onun qəbrini açdıqları vaxt, Hz. Məryəmin cəsədinin orada olmadığını görüblər. Buna görə, onun da göyə yüksəldiyi qənaətinə gəliblər.
Bəzi adamlar, Efes yaxınlığında yerləşən “Məryəm ana evini” Hz. Məryəmin göyə yüksələnə qədər yaşadığı yer kimi qəbul edirlər. Həvari İohanın “İncil”inə görə, Hz. İsa göyə yüksəlməmişdən qabaq, “Budur sənin oğlun” deyərək İohanı, İohana isə “Budur sənin anan” deyərək Hz. Məryəmi göstərmişdir. “Konsul”un 431-ci ilə məxsus qeydlərinə əsasən, Hz. İsanın ölümündən sonra həvari İohan Hz. Məryəmi özüylə birgə Efesə aparıb və onlar qısa müddət orada Konsul kilsəsinin (hal-hazırda Məryəm kilsəsi) bir hissəsinin altında yerləşən binada qalıblar. Daha sonra həvari İohan, Hz. Məryəmi Bülbül dağında öncədən hazırlatdığı evə (Efesdəki Məryəm ana kilsəsinə) aparıb. Onların fikrincə Hz. Məryəmin ömrünün son günlərini keçirdiyi evin yeri zamanla yaddaşlardan silinmişdir. Lakin Həzrət Məryəmin Efesdə vəfat edib basdırıldığını bir çox xristian kilsələri və alimləri qəbul etmirlər. Onlar bunun tarixi dəlillərə əsaslanmadığını vurğulayır və qaynaqlara görə Həzrət Məryəmin Yerusəlimdə, Qefsimaniya bağlarından bir az şimalda, anasının və atasının qəbrinin yanında dəfn edildiyini bildirirlər. Hal-hazırda oradakı məqbərə pravoslav klsəsinin ixtiyarındadır.
Mənə həm Efesdə, həm də Qüdsdə (Yerusəlimdə) bu müqəddəs yerləri görmək və gəzmək qismət olmuşdu. Həzrəti Məryəm, o müqəddəs qadını anmış, ruhuna dualar oxumuşdum. Onun haqqındakı kifayət qədər maraqlı kitab və filmlərin bəzilərinə baxmaq imkanını da əldə etmişəm. Hələ bundan sonra da onun haqqında çoxlu sayda kitablar yazılacaq, filmlər çəkiləcək. Çünki o, adını dünya tarixinə əbədiyyən yazmaqla bərabər müqəddəslik ünvanını da qazanıb!
*****
Bura qədər, öncə “Quran”a, sonra isə xristian qaynaqlarına (etiqadlarına) əsasən Hz. Məryəm haqqında məlumatları ələ almağa səy göstərdik. Nəticə etibarıyla, “əhli-kitab”dan olan hamı, Hz. Məryəmin Hz. İsanın anası olduğu barədə həmfikirdir. Fəqət bu hamiləlik və Hz. Məryəmin aqibətinin necə olması haqqında fikir birliyi mövcud deyil. Bununla birgə, ən etibarlı və məntiqə ən uyğun gələn məlumatların “Quran”dakı məlumatlar olduğunu deməliyik. Hz. Məryəmin həyatı haqqında bir çox kitab yazılmış və film çəkilmişdir, fəqət bu günə qədər davam edən tədqiqatlara baxmayaraq, onun həyatını ətraflı surətdə öyrənmək mümkün olmamışdır.
Din tarixi mütəxəssislərinin çoxunun rəyinə görə, Hz. Məryəm xristianlıq təliminin yayılması işini həvarilərə tapşıraraq, ömrünün son dövrlərini gizli şəkildə və sükunət içində keçirmişdir.
“Quran”ın Peyğəmbərimizin (s.ə.v.) sünnəsini də bütün inananlar üçün bir yolgöstərən elan etdiyi bəllidir. Ancaq bununla yanaşı, Allah Quranda peyğəmbərlərin və saleh möminlərin həyatlarından örnəklər göstərərək, insanların “Quran” əxlaqını gündəlik həyatda necə yaşayacaqlarını görə bilmələrini təmin etmişdir. Allah "And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim üz döndərsə, bunun zərəri ancaq onun özünə olar. Allah möhtac deyildir, O, tərifə layiqdir!" ("Mumtəhinə" surəsi, 60/6) və "Həqiqətən Biz sizə açıq-aşkar ayələr, sizdən əvvəl gəlib gedənlər barədə hekayətlər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik" ("Nur" surəsi, 24/34) ayələri ilə bu insanların əxlaqında axirətə ümid edən təqva sahibi möminlər üçün gözəl örnəklər (nəsihətlər) olduğunu xatırlatmışdır.
Adı “Quran”da qeyd edilən və möminlərin gözəl əxlaqı üzərində düşünüb özlərinə örnək almaları gərəkən saleh möminlərdən biri də Hz.Məryəmdir. Hz.Məryəm, Allahın gözəl əxlaqına görə “Quran”da bütün insanlara örnək göstərdiyi ("Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi... Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu" ("Təhrim" surəsi, 66/11-12)) iki qadından biridir. Dolayısı ilə Hz.Məryəmin bu gözəl əxlaqını hər məsələdə bizə ən düzgün bilgi verən “Quran”dan öyrənmək (və bu əxlaq səviyyəsinə çatmağa səy göstərmək) bütün mömin insanlar (qadınlar) üçün mühüm bir məsuliyyətdir.
İstərdim bir məqama da diqqət çəkək. Nüfuzlu "Daily Telegraph" qəzetinə verdiyi xəbərə görə, Hindistanın bir bölgəsində xeyli adam, Hz. Məryəmin göy üzündə və Günəşdə surətinin təzahür olunması haqqında yayılmış şayiələrə inanaraq Günəşə diqqətlərini yönəltmişlər. Öncə həkimlərin çağırışlarına, xəbərdarlıqlarına uymayan bu 50-dən artıq adam, sonradan gözlərinin müəyyən bir təbəqəsində kimyəvi yanıq və görmə qabiliyyətinin itirilməsi diaqnozu ilə xəstəxanalara düşmüşlər. Lakin bu faciəyə məhəl qoymayan bəzi hindistanlılar hələ də Günəşdə Hz. Məryəmin surətini görmək ümidi ilə gözlərini Günəşə tuşlamaqdadırlar. Təbii ki, biz bu halı təqdir etmək, tirajlamaq fikrindən uzağıq. Əksinə, Hz. Məryəmi (eləcə də başqa müqəddəsləri) Günəşdə, göylərdə (təmizlərdən təmiz məkanlarda) axtarmaq (görmək) duyğusunu anlamağa çalışsaq da, həqiqət odur ki, hər kəs Allaha xoş gedən əməllərdə bulunmalı, gözlərinə ziyan verməkdənsə, həmin gözləri verən Uca Yaradana şükr etməli, doğru olanı Oxumalı, Öyrənməlidir. Tanrının sonuncu kitabında buyrulduğu kimi: “Oxu! Səni Yaradan Uca Rəbbinin adı ilə oxu!..”
Və məhz elə bu, Məryəmsevərlərə savab gətirən ən düzgün vasitədir!

2738