Gül və Ərdoğan məhkəməyə verildi
Prezident və baş nazirə qarşı iddia ilə çıxış edən hakim mənəvi təzminat istəyir
Türkiyədə Sincan 1-ci Ağır Cəza Məhkəməsinin sədri Osman Kaçmaz prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanı məhkəməyə verib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sincan 1-ci Ağır Cəza Məhkəməsinin sədri prezident və baş nazirdən mənəvi təzminat qismində 10 min türk lirəsi istəyir.
İddia ərizəsi Osman Kaçmazın vəkili Baykal Doğan tərəfindən təqdim olunub.
Qeyd edək ki, Sincan 1-ci Ağır Cəza Məhkəməsinin sədri Rifah Partiyasının hakimiyyəti dövründə yoxa çıxmış 1 trilyon vəsaitlə bağlı prezident Abdulla Gülün də ifadə verməsi ilə bağlı qərar çıxarmasıyla məşhurlaşıb. Osman Kaçmaz indi həmin qərarından sonrakı dövrdə Gül və Ərdoğanın onun insan hüquqlarını pozmağa yönəlik açıqlamalar vermələrindən şikayətçidir və ona görə də mənəvi təzminat məsələsini qaldırıb.

Oxşar yazılar

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33