Prezident Medvedev yol hərəkəti qaydasını pozmaqda ittiham olunur
15 avqust 2009 12:00 (UTC +04:00)

Prezident Medvedev yol hərəkəti qaydasını pozmaqda ittiham olunur

Təhlükəsizlik kəmərini bağlamayan “sürücü” barəsində şikayət verildi

Rusiyanın Yekaterinburq şəhərinin sakini ölkə prezidenti Dmitri Medvedevdən Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinə şikayət verib. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, şikayətçi prezidenti yol hərəkət qaydalarını pozmaqda suçlayır.

Şikayətə “Vesti” telekanalının Soçidən hazırladığı reportaj əsas verib: süjetdə aydın görünür ki, prezident futbol matçına baxdıqdan sonra kafedən çıxıb maşının sükanı arxasına keçir, lakin.... təhlükəsizlik kəmərini bağlamır!
Şikayətçi Regionlararası İnsan Hüquqlarını müdafiə mərkəzinin mətbuat katibi Vyaçeslav Başkovdur. O, jurnalistlərlə söhbətində deyib: “Mən prezidentin hərəkətindən heyrətə gəldim. O, öz hərəkətləri ilə vətəndaşlara qanuna əməl etməkdə nümunə olmalıdır”. Eyni şikayətlə moskvalı ssenarist Oleq Kozırev də Müfəttişliyə müraciət edib.
Müfəttişliyin təbliğat şöbəsinin rəhbəri Vladimir Şevçenko bildirib ki, “preizdentin yollardakı davranışına nəzartə etmək Müfəttişliyin səlahiyyətlərinə aid deyil”. Federal Mçühafizə xidmətindən isə bildiriblər ki, medvedev maşın yerindən tərpənən anda kəməri bağlayıb.
Rusiya qanunlarına görə, kəmərdən istifadə etməmək 500 rubl cəriməylə cəzalandırılır.
Qeyd edək ki, son vaxtlar Medvedev yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində geniş kampaniya başlayıb. Prezidentin dəyərləndirməsinə görə, yol qəzalarından ölkəyə dəyən iqtisadi zərər 5,5 trilyon rubla çatıb...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar

Koronavirusun yay dalğası gəldi:  FLiRT sürətlə yayılır

Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır

28 iyul 2024 , 00:30
Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31