100 milyon dollar çırpışdıran qadın edam olundu
07 avqust 2009 10:45 (UTC +04:00)

100 milyon dollar çırpışdıran qadın edam olundu

Çinin Zhejiang əyalətində yüzlərlə biznesmeni aldadan qadın bu gün edam edilib.

Lent.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən yaydığı xəbərə görə, Du Yimin adlı qadın biznesmenlərdən “hər ay 10 faiz gəlir” vədiylə 100 milyon dollardan çox pul toplayıb.

Çinin “Xinhua” agentliyi qadının biznesmenlərdən çırpışdırdığı pullara ev, maşın və lüks mallar aldığını bildirir.

Çin məhkəməsi Du Yiminin maliyyə sisteminə və cəmiyyətin sosial həyatına ciddi zərər vurmaqda günahkar sayaraq, edam qərarı vermişdi.
# 764

Oxşar yazılar