“Cənub Axını” üç baş naziri bir araya gətirir
Ərdoğan, Putin və Berluskoni Ankarada görüşəcəklər
Rusiyanın baş naziri Vladimir Putin bu gün Ankaraya səfər edəcək.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, səfər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvətiylə gerçəkləşir.
Beləliklə, son 5 ildə 9-cu dəfə Putin və Ərdoğan bir araya gələcək. Türkiyə və Rusiya mətbuatı əsas müzakirə mövzusunun enerji məsələsi olduğunu yazır.
Müzakirələrdə “Mavi Axın-2” təbii qaz kəmərinin tikilməsi və İsrailə qədər uzadılması, Samsun-Ceyhan boru kəməri, “Cənub Axını” qaz kəmərinin Türkiyənin sahil sularından keçməsi, Tuz gölünda təbii qaz anbarının ruslar tərəfindən tikilməsi məsələləri əsas yer tutacaq.
Rusiya rəsmiləri Türkiyənin prinsipcə “Cənub Axını”nın sahil sularından keçməsini qəbul etdiyini bildirirlər.
Türkiyə mətbuatı bu gün İtaliyanın baş naziri Silvio Berluskoninin də Ankaraya gələcəyini və Vladimir Putinlə görüşlərə qatılacağını xəbər verib.
Qeyd edək ki, müzakirələrin Türkiyə və Rusiya baş nazirlərinin 9 sənədə imza atması gözlənilir. “Cənub Axını” layihəsi ilə bağlı sənədə isə Putin, Ərdoğan və Berluskonu imza atacaqlar.

Oxşar yazılar

Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49