Mobil telefon qadağan edildi
Əfqanıstan və Pakistanda təsir dairəsini genişləndirməkdə olan Taliban hərəkatı növbəti qadağasını elan edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bir çox bölgədə insanlara televizora baxmağı, musiqiyə qulaq asmağı və kompüterlə işləməyi qadağan edən Taliban “mobil telefonların İslam dininə uyğun istifadəsi” ilə bağlı fətvasını yayıb.
Fətvada qeyd olunur ki, müsəlmanlar şəkil və video çəkən mobil telefonlar satın almamalıdırlar. Müsəlman telefonunda yaxın qohumu olmayan qadın və kişilərin fotoqraflarını saxlamamalı, əxlaqsız video kliplərindən istifadə etməməlidir.
Taliban mobil telefonda “Quran” ayələrinin melodiya kimi istifadəsini də qadağan edib.
Taliban xəbərdarlıq edib ki, qaydalara əməl etməyənlər ağır cinayət işləmiş sayılacaq və cəzalandırılacaqlar.

Oxşar yazılar

Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49