Təbiətin möcüzəsi: begemot batan heyvanları xilas edir –
09 dekabr 2010 16:00 (UTC +04:00)

Təbiətin möcüzəsi: begemot batan heyvanları xilas edir –

Lent.az-ın “korrespondent.ru” saytına istinadən verdiyi məlumata görə, Cənubi Afrika Respublikası vətəndaşı Tom Yul çarxı Tanzaniyada çəkib.

Hadisə Tanzaniyanın şimalındakı məşhur Serengeti milli parkında baş verib. Begemot Mara çayını keçməyə çalışan qnu antilopu və zebr balasını batmaqdan xilas edir.

Begemot çayı keçməyə çalışan minlərlə heyvan arasında qnu antilopunun və zebr balasını seçib. O, artıq gücdən düşmüş heyvanları nəhəng çənəsi ilə itələyərək, onları batmaqdan xilas edib və qarşı sahilə keçirib.

İlk baxışdan elə görünür ki, begemot bu heyvanları dişləməyə cəhd edir. Amma mütəxəssislər bildirirlər ki, suda sərbəst hərəkət edən begemot üçün çayda boğulan bu heyvanları öldürmək o qədər də çətin deyil. Bu halda onun batan heyvanlarla oynayaraq, onları sudan çıxartdığı açıq görünür.
# 785

Oxşar yazılar