Peterburqluları dəhşətə salan ermənilərə hökm oxunub
09 dekabr 2010 12:57 (UTC +04:00)

Peterburqluları dəhşətə salan ermənilərə hökm oxunub

Lent.az-ın “Baltİnfo” saytına istinadən verdiyi məlumata görə, dəstənin üzvləri Ermənistan əsilli Qurqen Stepanyan, Vardan Sakanyan və Tiqran Arutyunyandır. Qurqen Stepanyan qətldə, zorlamada, soyğunçuluqda, Vardan Sakanyan qətldə, Tiqran Arutyunyan qətl törətməyə yardım etməkdə günahlandırılır.

İstintaq zamanı məlum olub ki, 9 il əvvəl Qurqen Stepanyan şəxsən nifrət etdiyi həmyerlisini öldürmək üçün plan hazırlayıb və ona bu işdə Vardan Sakanyan və Tiqran Arutyunyan da kömək edib. Moskva prospektində yerləşən evə gələn dəstə üzvlərindən Tiqran Arutyunyan həmin şəxsinə əllərini tutub, Vardan Sakanyan ona bıçaq zərbələri endirib. Bıçaqlanan şəxs yerindəcə keçinib.

Bir neçə il sonra Qurqen Stepanyan Doblest küçəsində yerləşən kafedə bir nəfərlə mübahisə edib, ona bıçaqla zərbə endirib. Daha sonra da bıçaqladığı şəxsin üzərində olan 90 min rubl dəyərində qızıl zənciri götürüb. Bir neçə ay sonra Qurqen Stepanyan bir qızı zorla avtomobilinə oturdub, Cənubi Primorsk parkında heç kimin olmadığı yerə apararaq onu zorlayıb. O, qızın üzərindən dəyəri 50 min rubl olan zinət əşyalarını da götürüb.

Peterburqda törədilən bu cinayət hadisələri böyük rezonans doğurub. Məhkəmə Qurqen Stepanyanı 11 il, Vardan Sakanyanı 9 il, Tiqran Arutyunyanı 6 il azadlıqdan məhrum edib. Onlar cəzalarını ağır rejimli islah əmək müəssisəsində çəkəcəklər.
# 540

Oxşar yazılar