“WikiLeaks”in qurucusu: “Atom bombasını partladaram”
09 dekabr 2010 09:49 (UTC +04:00)

“WikiLeaks”in qurucusu: “Atom bombasını partladaram”

Amerikalı diplomatların məxfi yazışmalarını yayan “WikiLeaks” saytının qurucusu, İngiltərədə həbs olunan Culian Assanc dekabrın 14-də Londonda keçiriləcək məhkəmədən əvvəl hədə xarakterli bəyanat verib.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Culian Assanc vəkilinə deyib ki, əgər məhkəmə onun İsveçə, daha sonra isə ABŞ-a ekstradisiya edilməsi barədə qərar verərsə, “Sığorta” adı verdiyi məxfi sənədlər saytda yayımlanacaq.

O bildirib ki, bu məxfi sənədlər toplusu bir atom bombasıdır və partlamağa hazırdır. Burada 251 min məxfi sənədin orijinalı var. Culian Assanc qeyd edib ki, bu sənədlərdə Guantanamo qalmaqalı ilə bağlı əvvəllər yayılmamış yazışmalar, bp neft şirkətini çıxılmaz duruma salacaq məlumatlar var.

Qeyd edək ki, “WikiLeaks” saytının qurucusunun dünən “The Australian” qəzetində məqaləsi də yayımlanıb. Culian Assanc məqaləsində yazıb ki, “WikiLeaks”4 ildir fəaliyyət göstərsə də, heç kim zərər görməyib, amma ABŞ bir neçə ay ərzində minlərlə insanı öldürüb.

Xatırladaq ki, London Məhkəməsi Culian Assancın girov müqabilində azadlığa buraxılmasını rədd edib və o, hazırda “Wandsworth” həbsxanasında saxlanılır. Bu həbsxanada irlandiyalı yazıçı Oscar Vildein də saxlanılır.
# 569

Oxşar yazılar