ABŞ muradına çatdı
19 noyabr 2010 10:52 (UTC +04:00)

ABŞ muradına çatdı

2006-cı ildən İraq və Əfqanıstan savaşları ilə bağlı yayımladığı 500-dən çox məxfi sənədlə Pentaqonun yuxusuna haram qatan ‘WikiLeaks” saytının qurucusu Julian Assange haqqında cinsi təcavüz ittihamı ilə həbs qərar çıxarılıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, İsveçdə keçirilən məhkəmə prosesində prokuror bu ilin avqust ayında baş verən olaydan sonra “WikiLeaks”in qurucusunun ifadəsinin alına bilinmədiyini söyləyib.

İsveç Məhkəməsi prokurorun tələbini əsaslı sayaraq Julian Assangenın istintaqa cəlb edilməsi üçün onun haqqında həbs qərarı verib. “WikiLeaks”in qurucusu “İnterpol” xətti ilə axtarılacaq. İttihamları rədd edən 39 yaşlı Julian Assange isə susdurulmağa çalışdığını bildirib. Heç bir ünvanı olmayan Jullian Assange ölkədən ölkəyə səyahət edərək onu dəstəkləyənlərin yanında qalır. İsveç Məhkəməsi də məhz bu səbəbdən onun “İnterpol” xətti ilə axtarılması barədə qərar çıxarıb.
# 532

Oxşar yazılar