Yaralının dostları “ambulans”ın sürücüsünü bıçaqladı
18 noyabr 2010 18:44 (UTC +04:00)

Yaralının dostları “ambulans”ın sürücüsünü bıçaqladı

Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Yeşim Canpolat adlı 35 yaşlı qadın avtomobil qəzasına düşüb. Hadisə yerinə təcili tibbi yardım maşını gəlib və yaralı qadın nişanlısı Mustafa Akbulut və dostu Yusuf Ziyanın müşayiəti ilə maşına yerləşdirilib. Bu zaman həmin şəxslər “ambulans”ın sürücüsü Suat Altaydan maşını daha sürətlə sürməsini tələb edib. Sürücü isə bunun mümkün olmadığını deyib və onsuz da sürətlə hərəkət etdiklərini bildirib. Cavabdan narazı qalan içkili şəxslər sürücünü maşından endiriblər və döyməyə başlayıblar. Bu azmış kimi, onlar Suat Altayı bıçaqlayıb və yaralı dostlarını da maşında qoyub qaçıblar.

Artıq hər iki şəxs yaxalanıb. Onların qanında yüksək dərəcədə alkoqol aşkarlanıb.
# 668

Oxşar yazılar