Sürgündən prezidentliyə gedən yol… - HƏYAT HEKAYƏTİ
O, Afrika tarixində ilk qadın prezident, dünyada ilk qaradərili qadın dövlət başçısıdır. 2006-cı ildə “Forbes” dərgisi onu dünyanın 100 ən güclü qadını siyahısında 51-ci yerdə göstərmişdi. “Newsweek” 2010-cu ildə onu dünyada ən yaxşı 10 lider siyahısına daxil edib. “Time” 2010-cu ildə onun dünyanın 10 ən güclü qadın liderdən biri olduğunu qeyd edir. “The Economist” isə 2010-cu ildə onu ölkəsinin tarixində ən yaxşı prezident adlandırdı.
…Onun seçki kampaniyasında ən fəal rolu Liberiya Qadınlarının Kütləvi Sülh Aksiyası (Women of Liberia Mass Action for Peace) adlı hərəkat oynamışdı. Onlar ilk qadın prezident naminə ciddi işlədilər. Bununla da Liberiya Afrikada qadın prezidenti olan ilk ölkə kimi tarixə düşdü. Bu “tarixiləşmə” olayı “Şeytanı cəhənnəmə geri qovun!” (Pray the Devil Back to Hel) adlı sənədli filmin mövzusu oldu.
Bu qadın Liberiyanın hazırkı prezidenti, dünyada çox məşhur bir lider olan Ellen Conson Sirlifdir!
Onun “Bu uşaq Böyük adam olacaq: Afrikanın ilk qadın prezidenti tərəfindən Görkəmli Həyat haqqında memuarlar”, (2009) (This Child Will Be Great: Memoir of a Remarkable Life by Africas First Woman President (2009)) kitabını böyük maraqla oxumuşdum və məmnuniyyətlə hər kəsə oxumağı tövsiyə edə bilərəm. Bundan sonra onun digər kitabları, əsərləri və araşdırmaları ilə də maraqlandım. Böyük uğurlara imza atan bu Qadın liderin - “Fəlakətdən İnkişafa” (1991); “Afrika Sub-Saxarasını idarə edən Kommersiya Bankına nəzər” ( The Outlook for Commercial Bank Lending to Sub-Saharan Africa) (1992); “Qadınlar, müharibə və Sülh: Silahlı münaqişələrin qadınlar üzərində təsiri və qadınların sülhməramlı işlərdə rolu barədə müstəqil ekspert qiymətləndirilməsi” (BMT-nin Qadınlar üçün İnkişaf Fondunun layihəsi/Keçmiş Finlandiya baş naziri Elizabet Renlə birlikdə) (Women, War and Peace: The Independent Experts’ Assessment on the Impact of Armed Conflict on Women and Womens Role in Peace-building (2002)) (2002); “Çünki mən qızam - Müharibənin Kölgəsində” (Milleniumun İnkişaf Məqsədlərinin nailiyyətlərinə istinadən qızlar barədə araşdırma) ("Because I am a Girl: In the Shadow of War") qələmə aldığı kitab, araşdırmalar təkcə sadəcə oxucular deyil, siyasətçilər, mütəxəssislər tərəfindən də böyük maraqla oxunur.
Bir qadın, iki “ilk”…
1938-ci ildə Liberiyanın paytaxtı Monroviyada ziyalı ailəsində anadan olan Liberiyanın 24-cü prezidenti Ellen Sirlifin atası qola tayfasından, anası kru tayfası ilə alman qarışığından idi. Ellenin atası Cahmal Karney Conson yoxsul ailədə dünyaya göz açmışdır. O, Cahmal adlı Qola qəbilə başçısının və onun arvadlarından biri olan Cennenin oğlu idi. Atası ilk Liberiya prezidenti Hilari Consonun şərəfinə onun soyadını Consona dəyişmişdir. Cahmal Monroviyada Makqriti soyadlı (McGritty) Amerikan-Liberiyalı ailədə böyümüşdü. Sirlifin atası daha sonralar Liberiyanın etnik qruplarından Qanunverici Assambleyada fəaliyyət göstərən ilk adam oldu.
Ellenin anası da Qrenvildə kasıb bir ailədə doğulmuşdu. Onun nənəsi Cuan Sarve I Dünya müharibəsi zamanı Liberiyanın Almaniyaya müharibə elan etməsindən sonra Ellenin anasını Monvoriyaya göndərmişdi. Ellenin nənəsi bu müharibə üzündən ölkəni tərk edən alman həyat yoldaşından sonra qızını düşünərək bu addımı atmaq məcburiyyətində qalmışdı. Ellenin anası tanınmış Amerikan-Liberiyalı ailənin üzvü Sesilia Dunbarın yanında böyümüş və tərbiyə almışdı. Özü Amerikan-Lebriyalı mənşəli olmasa da, bəziləri Sirlifi bu mənşəyə aid edirlər. Ancaq özü bu iddialarla heç vaxt razılaşmır.
Ellen 1948-ci ildən 1953-cü ilə qədər Monroviyada Qərbi Afrika Kollecində iqtisadiyyat və mühasibatlıq üzrə təhsil alıb.
O, 17 yaşında ikən Ceyms Sirliflə evlənir və ailə 1961-ci ildə Amerikaya köçür. Ellen burada Kolorado Universitetini bitirir. Bundan sonra isə 1969-71-ci illərdə Harvardın Con F. Kennedi Hökumət məktəbində iqtisadiyyat və ictimai əlaqələr üzrə təhsil alır, inzibati idarəetmə üzrə magistr dərəcəsinə yiyələnir. Bundan sonra o, Liberiyaya qayıdaraq, Uilyam Tolbert hökumətində işləməyə başlayır.
Assistent, nazir, mühacir...
Ellen Sirlif Uilyam Tolbert hökuməti dövründə, 1972-73-cü illərdə maliyyə nazirinin assistenti vəzifəsində çalışmağa başlayır. Bir müddət sonra isə büdcə xərclərilə bağlı fikir ayrılığı üzündən vəzifəsindən istefa edir. 1979-cu ildə maliyyə naziri vəzifəsinə yüksəlir və 1980-ci ilə qədər bu vəzifədə çalışır. Elə həmin ilin aprelində yerli Krahn etnik qrupunun üzvü olan baş çavuş Samuel Do, hərbi yolla (hərbi çevriliş yolu ilə) hakimiyyətə yiyələndi. Prezident Uilyam Tolbert qətlə yetirildi, onun kabinetinin bəzi üzvləri cəzalandırıldı, keçmiş hökumət üzvlərinə qarşı böyük təzyiqlər başladı. Ölkədə baş vermiş hərbi çevrilişdən sonra o, Keniyaya sürgünə getməklə canını qurtara bildi. Lakin bu savadlı, istedadlı, ağıllı, işgüzar və peşəkar xanıma hər yerdə böyük ehtiyac olduğu üçün Sirlifə bir müddət sonra burada da rəhbər iş tapıldı və o, 1983-85-ci illər ərzində Nayrobidə Siti Bankın icraçı direktoru vəzifəsində çalışdı.
Ancaq Samuel Donun özünü Liberiya prezidenti elan etməsi və ölkədə digər partiyaların fəaliyyətinə icazə verməsi xəbərindən sonra Sirlif ölkəsinə qayıtmağı və prezident seçkilərində Donin rəqibi kimi namizədliyini irəli sürməyi qərara aldı. Onun bu qərarı baş çavuşun hakimiyyəti tərəfindən xoş qarşılanmadı və o, öncə ev dustağına çevrildi, ardından da 10 illik həbsə məhkum olundu. Onun yenidən sürgünə getmək təklifini qəbul etməkdən daha yaxşı seçənəyi qalmadı. Bu dəfə o, Vaşinqtona köçdü və burada Siti Bankın Afrika Regional ofisinin, habelə HSBC-nin vitse-prezdienti vəzifəsində çalışdı.
Yenə assistentlik, yenə yüksəliş...
1992-1997-ci illərdə BMT-nin İnkişaf Proqramının Afrika Regional şöbəsində öncə administrator assistenti kimi işə başlayan Ellen Sirlif, qurumun direktoru vəzifəsinə qədər yüksəldi. Bu arada Liberiyada vətəndaş qarşıdurması daha da artmaqda idi və bir qədər sonra Samuel Donun Çarlz Taylorun Liberiya Milli Vətənpərvər Cəbhəsi tərəfindən öldürüldüyü xəbəri yayıldı. Öncə Samuel Doya qarşı Çarlz Taylorun qanlı üsyanını dəstəkləyən Sirlif, daha sonralar ona qarşı çıxdı və müxalifət oldu. Keçici hökumət 4 nəfər seçilməmiş rəsmi nümayəndənin başçılığı ilə hakimiyyətə gəldi. 1996-cı ilə qədər Qərbi Afrikalı sülhməramlıların hesabına vətəndaş müharibəsində durğunluq yarandı və nəhayət, Sirlifin də geri qayıtmasına şərait yaradan seçkilər keçirildi.
O, ölkəsinə qayıdırdı, həm öz Vətənində doğmalarının yanında yaşamaq üçün, həm də yenidən prezident seçkilərində iştirak etmək üçün. Ancaq bu seçkilərdə Taylora uduzdu və bundan sonra təzyiqlərlə üzləşdi.
1999-cu ilə kimi regionda vətəndaş müharibəsi yenidən başladı və Taylor qonşuları ilə mübahisələrə girməkdə, iğtişaşlar və üsyanlar başlatmaqda günahlandırıldı. Ölkədə inqilab ruhunun alovlanması Tayloru hakimiyyətdən getməyə məcbur edən hadisəyə çevrildi. 2003-cü il avqustun 1-də, uzun müddət dilə tutulduqdan sonra, Taylor hakimiyyəti müavini Mozes Blaya təhvil verdi. Yeni keçici hökumət və üsyançı dəstələr tarixi sülh sazişi imzaladılar; hökumətə yeni başçı təyin etmək üçün danışıqlar başladı. Sirlifin namizədliyi təklif olundu, ancaq sonda siyasi bitərəf olan Çarlz Brayant seçildi. Sirlif, Hökumət İslahatlar Komissiyasının başçısı oldu. O, hökumətin keçid dövründə, 2005-ci il seçkilərinə hazırlıq prosesində önəmli rol oynadı. Lakin keçici hökumətin korrupsiyaya qarşı mübarizəsindən narazı qalan Sirlif dövrün siyasi diqtəsi, çevrəsindəkilərin istəkləri fonunda elə bir daxili havaya girmişdi ki, komissiya başçısı kimi işlər ona dar gəlirdi. Və bu da nəticədə xanım ictimai-siyasi xadimi öz vəzifəsindən imtina edərək prezidentlik uğrunda mübarizəyə başlamağa vadar etdi.
Siyasət ustası top ustasına qalib gəldi
Ellen Sirlif 2005-ci ilin noyabrında, 14 illik vətəndaş müharibəsindən sonra keçirilən prezident seçkilərində iştirak etdi.
2005-ci il seçkilərində namizədliyini irəli sürərəkən Ellen Consonun “aktiv”indəki “plyus”larla (məsələn, Harvard Universitetini bitirməsi, peşəkar əmək fəaliyyəti və s.) yanaşı, onun özkeçmişinin “minus” işarəli hissəsi də tənqidçilərin gözündən yayınmadı. Bu da onun 1989-cu Tayloru dəstəkləməsi kimi “tutalğa”lar idi.
Seçkiqabağı debatlar zamanı, qadın seçicilərin rəğbətini qazanmağa çalışan kişi namizədləri öz zəkasıyla geridə qoyan Sirlif, “biz qadını ikinci ən yaxşı yox, ən yaxşı görmək istəyirik” deyirdi. 4 oğul anası və 8 nəvəsi olan Sirlif, prezidentliyə analıq hissləri gətirərək müharibə zamanı ölkəyə vurulmuş yaralara məlhəm olmaq istədiyini bildirirdi. O, korrupsiya əleyhinə savaş açmağa hazır olduğunu gur səslə açıqlayırdı.
22 namizədin iştirak etdiyi seçkilərin ikinci turunda o, “kral” kimi anılan ünlü futbolçuyla mübarizə apardı. (Müşahidəçilər onun kişi rəqibinə qarşı iki üstün cəhətini – savadlı olması və qadın olmasını – vurğulayırdılar.) O, rəqibi – dünyanın ən ünlü futbol ulduzlarından biri, «Milan» və «Çelsi»nin formasını geymiş Corc Uiyə qalib gəldi.
...Sirlifin təcrübəsi Uiyin təcrübəsizliyi ilə ziddiyyət təşkil edirdi. Onun özkeçmişində (artıq bəlli olduğu kimi), BMT İnkişaf Fondunun Afrika üzrə direktoru; Liberiya Hökumət İslahatlar Proqramının başçısı kimi önəmli vəzifələr yatırdı. Tərəfdaşlarının bəlli bənzətmə ilə onu “Dəmir Ledi” adlandırmaları da Sirlifin siyasi kimliyini, siyasətçi qətiyyətini özətləməkdə idi. Uiyin nəticələrlə razılaşmamasına baxmayaraq, Sirlif böyük səs çoxluğu ilə qalib gəldi. Son araşdırmalar yekunlaşana qədər seçkilərin nəticələri açıqlanmasa da artıq geriyə yol yox idi: usta siyasi oyunçu peşəkar top oyunçusunu məğlub etmişdi... Prezident seçkilərini müşahidə edən yerli, müstəqil, regional və beynəlxalq müşahidəçilər seçkilərin açıq, şəffaf və müstəqil keçdiyini elan etdilər.
Afrikanın ilk qadın prezidentli ölkəsi: dünən, bu gün, sabah
Liberiya heç vaxt müstəmləkə olmayan Afrika ölkələrindən biridir. Lap öncələrdən o, müstəqil ölkə olub. Liberiya yaranana qədər onun yerində Meşuardo adlanan burunda, XVIII yüzillikdə əsası qoyulmuş portuqal limanları var idi. Hər yerdə olduğu kimi, Ekvatorial Afrikada da əhalinin əsas məşğuliyyətini müharibələr və qul alveri təşkil edirdi.
XIX əsrin əvvəllərində ABŞ-da bir qrup ağ dərili, “qaradərili problemi”ni həll etmək üçün “ABŞ Müstəmləkə Cəmiyyəti”nin əsasını qoydu. Onların fikrincə, həll yolu qaradərililəri Afrikaya qaytarmaqdan ibarət idi. 1820-ci ildə yüzə yaxın qara dərili və bir neçə ağ dərili Sierra-Lionda məskunlaşdılar. Daha sonra Cəmiyyət yerli qəbilə başçılarından torpaq sahələri alaraq ABŞ-dan gəlmiş qara dərililəri orada yerləşdirməyə başladı. Razılığa görə, ərazi ABŞ Müstəmləkə Cəmiyyəti tərəfindən idarə olunurdu.
Azad qaradərililərin məskunlaşdığı mərkəz Xristopolis (“Xristin şəhəri”) adlanmağa başladı. Daha sonra onun adı ABŞ prezidenti Ceyms Monronun şərəfinə Monroviyaya dəyişdirildi və ərazi özü latın qaynaqlı “Liber”(“Azad”) sözündən törəmə adla Liberiya adlandırıldı.
1847-ci ildə ABŞ Konstitusiyasının kalkası olan Liberiya Konstitusiyası qəbul edildi. 1847-ci il, iyulun 26-da Liberiya Respublika adlandırıldı. Yeni ölkə demək olar ki, hamı tərəfindən tanındı.
Ölkədə əsas ixrac məhsulları dəmir filizi və təbii kauçuk hesab olunur. Bundan əlavə brilyant, qızıl, qəhvə, kakao və palma yağı da ixrac edilir.
Liberiya öz inkişafı boyunca ABŞ-dan fəal dəstək görüb. (Rəsmi koloniya olmasa da, o, Quzey Amerikanın xammal qaynağı idi.) 1944-cü ildə hakimiyyətə gələn prezident Uilyam Tabmen ABŞ-ın köməyi ilə islahatlar keçirməyə başladı. Onlardan ən birincisi Liberiyalılarla yerli əhali arasında əlaqəni bərpa etmək məqsədi güdən “birləşdirmə siyasəti” idi. Ölkədə əsas idarəetmə üsulu qəbiləçilik olan Liberiyada bu çox aktual problem idi. Liberiyalılar əhalinin çox az, yalnız 6%-ni təşkil edirdilər, qalan 96% yerli qəbilələrdən (kpelle, bassa, qio, kran və başqaları) təşkil olunmuşdu.
Ancaq Tabmenin və onu 1971-ci ildə əvəz edən davamçısı Tolbertin islahatları ölkədə sabitlik yaratmaq üçün kifayət etmədi. Yuxarıda toxunduğumuz kimi, 1980-ci il aprelin 12-də Liberiyada kran qəbiləsindən olan Samuel Donun başçılığı ilə hərbi çevriliş oldu. Prezident Tolbert öldürüldü və hakimiyyət özünə general rütbəsi verən Dounun sədrlik etdiyi Xalq Azadlıq Şurasına keçdi. Maraqlıdır ki, bu hadisədən bir il əvvəl serjant Do ABŞ-ın xüsusi təyinatlı hərbi hazırlıqlarında yarım il təlim keçmiş və əla xarakteristika almışdı.
Çevrilişin beynəlxalq ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməsinə baxmayaraq, ABŞ Do hakimiyyətinin legitimliyini tanıdı. Bu, keçmiş serjantın ABŞ siyasətini fəal dəstəkləməsi və prezident Reyqana rəğbətini açıqlaması ilə əlaqədar idi.
Ölkəyə Amerikanın iqtisadi yardımı daha da artdı. Eyni zamanda korrupsiyanın miqyası və Do rejiminə qarşı çıxanların siyasi cəhətdən təqib olunması da artdı. Buna iqtisadiyyatın ümumi vəziyyətinin pisləşməsi də əlavə olunmaqda idi...
1985-ci ilin oktyabrında Liberiya rəsmi olaraq hərbi idarəetmədən imtina etdi. Prezident seçkilərində yenə də baş çavuşkən general “olan” Do qələbə çaldı. 80-ci illərin sonunda və soyuq müharibənin başa çatması ilə əlaqədar ABŞ-ın keçmiş baş çavuşa qəzəbi tutdu və Liberiyaya yardımın həcmini azaltdı. Bu da əhalinin narazılığının daha da artmasına səbəb oldu. 1989-cu il dekabrı 24-də Donun keçmiş məsləhətçisi Çarlz Taylor Nimba qraflığında prezidentə qarşı üsyan qaldırdı. Ölkədə vətəndaş müharibəsi başladı. 1990-cı ilin ortalarında Liberiyanın böyük hissəsini üsyançılar idarə etməyə başladılar. Həmin ilin sentyabrında Do əsir götürüldü və öldürüldü.
Bütün Afrikada olduğu kimi, vətəndaş müharibəsi Liberiyada da etnik konfliktə çevrildi. O, 1990-cı illərin ortalarına qədər davam etdi. 1996-cı ildə sülh sazişi imzalandı və nəticədə 1997-ci ildə demokratik seçkilər keçirildi.
Taylorun partiyası parlamentdə yerlərin çoxunu tutdu, onun özü isə prezident oldu. Ancaq Taylorun ölkədə tətbiq etdiyi rejim, qəddarlığına görə Do rejimini geridə qoyurdu. Bu 1999-cu ildə yeni üsyana səbəb oldu. 2003-cü ildə Taylor ABŞ-ın təsiri altında hakimiyyətdən imtina etdi və Nigeriyaya qaçdı.
Hakimiyyət sahibkar və din xadimi olan Cyud Brayantın idarə etdiyi müvəqqəti hökumətin əlinə keçdi. Ölkəyə BMT-nin sülhməramlı qüvvələri yeridildi. 2005 ilin oktyabrında ölkədə seçkilər təyin edildi.
Vətəndaş müharibəsi Liberiyada iqtisadiyyatın, xüsusilə də Monroviyada infrastrukturun dağılmasına gətirib çıxardı.
Qəhrəmanımız Ellen Conson prezident seçkilərinə qatılarkən Liberiyada siyasi həyat hələ də ağır olaraq qalırdı. Ölkədə vətəndaş müharibəsinin başa çatmasına baxmayaraq (bir çox üsyançı dəstələri hərbi hücumlardan imtina etsələr də) silahlarını təhvil verməyənlər mövcud idi. Beləliklə də, yeni prezidentin, onun qurduğu hökumətin qarşısında duran məsələ təkcə dağılmış iqtisadiyyatı bərpa etmək deyil, həmçinin ölkədə sabitliyi təmin etmək olacaqdı...
Onun zamanı gəldi...
2005-ci il noyabrın 25-də Ellen Sirlif ölkənin növbəti prezidenti elan edildi. Onun 2006-cı ilin yanvarında təşkil olunmuş andiçmə törəninə Qana, Nigeriya, Seneqal, Sierra-Lion və CAR-nın prezidentləri ilə yanaşı ABŞ-ın dövlət katibi Kondoliza Rays və bu ölkənin o zamankı birinci xanımı Laura Buş da qatılmışdılar.
Bu ölkə və şəxs isimləri özlüyündə ifadə etməkdə idi: Xanım Prezident! Biz səni tanıyırıq, səninlə əməkdaşlıq etmək istəyir və sənin yeni Liberiya siyasətinə inanırıq!
İnauqurasiya törənindəki çıxışında xanım prezident özünəməxsus üslubla deyirdi: “Mən bilirəm ki, sizin səsiniz –dəyişiklik səsidir. Və biz başa düşürük ki, bu dəyişiklik, sadəcə dəyişiklik xatirinə həyata keçirilməyib. Biz başa düşürük ki, bu dəyişikliklər təkcə sadəcə dəyişmək naminə deyil, keçmişlə əlaqəni tamamilə kəsmək naminə edilib. Biz qətiyyətli addımlar atmalıyıq ki, on illərlə bizim inkişafımıza mane olan problemlərdən yaxa qurtara bilək, onları həll edə bilək.”
Gələcəyə baxan Prezident
Liberiyanın xanım prezidenti, 2006-cı il martın 15-də ABŞ Konqresinə etdiyi müraciətdə Liberiyanın Afrikaya və dünyaya örnək ola biləcək səviyyəyə gəlməsi üçün yardım (dəstək) istədi. O, örnək olma istəyi ilə bu gün də çox ciddi səylərlə çalışır və uğurlara imza atır.
2007-ci il iyulun 26-da o, “Liberiya 160 yaşında: Gələcəyə Baxiş” adı altında ölkəsinin dövlət müstəqilliyin 160-cı il dönümünü qeyd etdi. Törəndə natiqlik etməyi isə 25 yaşlı gənc fəal Kimi Ueksə tapşırdı. Gənc Kimi çox uğurla çıxış edərək hökuməti təhsil və səhiyyə sahələrini prioritet məsələyə çevirməyə çağırdı. Bu planlı çağırış planlı da nəticələr doğurdu və cəmi bir neçə gün sonra Ellen Sirlif ibtidai məktəbləri pulsuz və məcburi etdi.
Sirlif Qadın Dünya Liderləri Şurasının üzvüdür. (Bəlli olduğu kimi, qadınlar və ədalətli inkişaf üçün vacib olan bir çox məsələlər üzərində kollektiv fəaliyyət aparmaq üçün yüksək səviyyəli qadın liderləri səfərbərliyə almaq missiyası daşıyan Şura, keçmiş və hazırkı qadın prezidentlərin və baş nazirlərin beynəlxalq şəbəkəsidir.) O, Şura üzvü kimi də öz təşəbbüskarlığı və çalışqanlığı ilə seçilir. Ruanda soyqırımını araşdırmaq üçün 1999-cu ildə təyin olunmuş 7 nəfərdən biri, UNİFEM tərəfindən münaqişələrin qadınlar üzərində təsiri və qadınların sülh yaradıcılığında rolunu müəyyənləşdirmək üçün təyin olunmuş iki beynəlxalq ekspertdən biri olub. Liberiyanın xanım prezidenti Açıq Cəmiyyət Təşəbbüsünün Qərbi Afrika üzrə sədri və Qana İnzibati İdarəetmə İnstitutunun professoru olub.
O, bir çox ödüllərə, o cümlədən Vətəndaş Hüquqları Muzeyi ödülü (2007), ABŞ-ın ən yüksək mülki ödülü olan Azadlıq Medalı (2007); “Aclığa son qoyulmasına görə Afrika Ödülü” (2006); Beynəlxalq Respublikaçılar İnstitutunun “Azadlıq” Ödülü (2006); “Devid Rokfeller” Liderliyə Körpü Ödülü (2006); “Franklin Ruzvelt” İfadə Azadlığı Ödülü (1998) Toqonun Commander de l’Ordre du Mono ödülü (1996); Ralf Bunç Beynəlxalq Liderlik Ödülü (1995); və “Afrika Ulduzu” Böyük Komandiri Ödülünə (1980) layiq görülmüşdür.
Xanım dövlət xadimi həmçinin, Minesota Universitetinin (2009); Braun Uni-versitetinin (2008); İndiana Bluminqton Universietetinin və digər bir sıra elm-təhsil ocaqlarının Hüquq Fəxri doktoru (2008) adını almışdır.
Doğrudur, adların, ödüllərin məhz hansı xidmətlərə görə verildiyi sual doğurmur, ancaq ünlü İnternəşnl Herald Tribunedən gətirəcəyimiz sitatdan sonra Liberiyanın da daxil olduğu coğrafi məkanın durumu, deməli, bu duruma münasibət və münasib xidmətlər də daha böyük ölçüdə aydınlaşacaqdır. Qəzet yazır: “1990-cı ildən 2005-ci ilə kimi 23 Afrika ölkəsi, onlara 300 milyard ABŞ dollarına (!) başa gələn silahlı münaqişələrdə iştirak etmişlər”. Xanım Ellen Conson qəzetə müsahibəsində demişdir: “Müharibədə istifadə olunan bu məbləğə Afrika qitəsində QİÇS xəstəliyini, ya da təhsil problemlərini; su təchizatını; o cümlədən vərəm və malyariya xəstəliklərinin profilaktik müalicəsini təmin etmək olardı. Minlərlə yol salmaq, məktəb və xəstəxana tikmək olardı.” Qəzet bunları yazarkən belə bir nəticə çıxarır: əgər müharibələr olmasaydı Afrika “ən geridə qalmış qitə yox, çiçəklənən bir qitə olardı.”
Futbol yaraları sağaltmağa kömək edir
Liberiyanın ən təcrid olunmuş qruplarından olan əl və ayaqları amputasiya olunmuş şəxslərin futbolla məşğul olması onlara ümid verir və mənəvi yüngüllük gətirir. Bu gənc adamlardan çoxu silahlı münaqişələrin qurbanlarıdır. Onların çoxu hətta silahlı qruplaşmaların iştirakçıları olub ki, bu da ictimaiyyət tərəfindən onlara qarşı mənfi rəy yaradır, başqa sözlə, mərhəmət hissini öləzidir...
Ancaq prezident Sirlif komandanın ən fəal azarkeşlərindəndir. O komandanın yarışlara getməsini maliyyə cəhətdən dəstəkləyir və çıxışlarında onların uğurlarından danışır.
Xanım Sirlifin prezident seçkilərinin həlledici mərhələsində məhz ünlü futbolçuyla yarışması (və ona qalib gəlməsi) faktının bu məsələdə necə yer aldığını bilməsək də, onun istər futbolla, istərsə də digər bütün mümkün üsul və vasitələrdən istifadə etməsi ilə vətəndaş barışığı, dinc həyat, əhalidə gələcəyə ümid kimi nəcib duyğuları şəkilləndirməyə çalışdığını görmək o qədər çətin deyil.
Həqiqət və Barışıq Yolunda...
O, həyata keçirdiyi böyük işlərlə dünyanın diqqətini özünü cəlb edən bir liderdir. Media, ona elə medianın özü tərəfindən verilmiş «dəmir ledi» adını tez-tez işlədir. Liberiya prezidenti 2005-ci ildə ölkədə 20 ildən çox davam edən mülki münaqişənin araşdırılması və “milli sülhün, təhlükəsizliyin, birliyin və barışığın təbliğ olunması üçün” Həqiqət və Barışıq Komissiyası yaratdı. (Komissiyanın sonuncu hesabatı 2009-cu ilin iyulunda təqdim olunmuş və www.trcofliberia.org veb-səhifəsində yerləşdirilmişdir.)
O, Komissiyanın hesabatından sonra açıqlama ilə çıxış edərək, vaxtilə Tayloru dəstəklədiyi üçün Liberiya xalqından üzr istədi və bildirdi ki, Taylorun əsl məqsədləri ortaya çıxdıqdan sonra ölkədə ona qarşı Sirlif qədər güclü rəqib olmayıb. O, sözün əsil mənasında bir LİDERDİR. Hətta zamanında hansısa bir yanlış sayıla biləcək qərarına görə xalqından üzr istəməyi bacaran bir LİDER, bir QADINDIR. Xalqının və dövlətinin yaşadığı əziyyətlərdən, faciələrdən çıxararaq onu işıqlı bir yola apara bilən LİDER. Dövlətində və bütün Afrika qitəsində insanların sabaha ümidlə baxa bilməsi üçün yorulmadan çalışan, fədakar bir qadın, əsil lider...

925