Başından güllələnən futbolçu iki həftədən sonra öldü
05 oktyabr 2010 18:33 (UTC +04:00)

Başından güllələnən futbolçu iki həftədən sonra öldü

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 19 yaşlı müdafiəçi ölkənin şərqində cinayətkar dəstənin hücumunun qurbanı olub.


Riveranın çıxış etdiyi “İsidro Metapan” klubunun direktoru Roberto Kampos bildirib ki, futbolçu həkimlərin gülləni onun başından çıxarmağa növbəti dəfə cəhd edərkən, keçinib.


Qeyd edək ki, Nelson Rivera iki komanda yoldaşı ilə birgə “Universidad” komandası ilə oyundan qayıdarkən, avtomobilində güllələnib.
# 570

Oxşar yazılar