“İnterpol”un baş katibi şoka düşüb
“İnterpol”un baş katibi Ronald K.Noble də “Facebook” sosial şəbəkəsində kibercinayətkarların qurbanı olub.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, kibercinayətkarlar “İnterpol” baş katibinin profilindən istifadə edərək sosial şəbəkədə iki saxta səhifə açıblar və “İnterpol” bunu yalnız az əvvəl üzə çıxarıb.
Kibercinayətkalar bu saxta səhifələr vasitəsi ilə təhlükəli cinayətlərə görə axtarılan şəxslərlə bağlı məlumat toplayırlarmış. Honqkonqda keçirilən İnterpol Təhlükəsizlik Konfransında çıxış edən Ronald K. Noble deyib ki, o, şoka düşüb. “İnterpol”un baş katibi bildirib ki, beynəlxalq polis təşkilatı son dövrlər 29 ölkəni əhatə edən “Infra Red” adlı əməliyyat keçirib və məqsəd internet vasitəsilə cinayətkarları tapmaq olub: “130 cinayətkarı yaxaladıq. Ancaq iki cinayətkar qrupun da bu yolla informasiya əldə etmək üçün səy göstərdiyi məlum oldu. Kibercinayətkarlıq artıq ciddi təhdid kimi ortaya çıxmaqdadır. Bu, bəlkə də indiyə qədər qarşılaşdığımız ən böyük təhdidlərdən biridir”.

Oxşar yazılar

ABŞ-ın Yaponiyadakı hərbi bazasında PARTLAYIŞ: yaralananlar var
9 iyun 2025 , 08:38
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13