Müsəlman məzarlığı üzərində beşulduzlu otel!
19 yanvar 2010 14:30 (UTC +04:00)

Müsəlman məzarlığı üzərində beşulduzlu otel!

İsrail islam dünyası ilə növbəti böyük qalmaqala hazırlaşır

İsrail Qüdsdən sonra ikinci tarixi şəhər sayılan Yaffadakı müsəlman məzarlığı üzərində beşulduzlu otel tikməyə hazırlaşır.

Lent.az-ın “əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Yaffadakı Ulu məscidə bitişik bu ərazidə Məmlüklər dövləti dönəmində insanlar dəfn olunmağa başlanılıb.


Otelin tikintisi nəzərdə tutulan yerdə həm də məscidlərə məxsus vəqf torpaqları, 1948-ci ildə köçmək məcburiyyətində qalmış fələstinlilərə məxsus on hektarlarla ərazi də var.


Qüds Vəqfinin yetkilisi Əbdülməcid İğberiyet Yaffadakı “Hilton” otelinin bir neçə il əvvəl Abd Nebi məzarlığının, Təl-Əviv Universitetinin də bir müsəlman məzarlığı üzərində tikildiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar