Terrorçu məhbus «konfet azlığından, soyuq qəhvədən» şikayət edir
Norveçədən olan terrorçu məhbus Anders Breyvik həbsxana nəzarətçilərindən 27 səhifəlik şikayət yazıb.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, terrorçu məhbus ona az konfet verildiyin və nəzarətçilərin onu «intihara sürüklədiklərindən» yazıb.
Breyvik Norveç həbsxanasını «kiçik Əbu-Qreyb» adlandırıb. Bu həbsxana Bağdaddan 32 km Qərbdə yerləşir. İraqdakı savaş zamanı ABŞ hərbçiləri orada iraqlı məhbuslara işgəncə verirmiş.
Terrorçu gözətçilərin ona «soyuq qəhvə» verdiklərindən, masaüstü lampa ilə təmin olunmadığından və hər gün soyundurulub, yoxlamadan keçirildiyindən də şikayət edib.
Bu onun qaldığı «insanlıqdan uzaq üç otaqlı kameradan» etdiyi ikinci şikayət məktubdur. Mənbənin məlumatına əsasən, o, birincidə də «soyuq qəhvədən» gileylənmişdi. Breyvik «noutbukla» təmin olunub, yazmaq üçün qələm belə verilib və s.
Qeyd edək ki, 21 il azadlıqdan məhrum edilən, bu terrorçu 2011-ci ildə Norveçdə istirahət bölgəsində 77 nəfər dinc sakini qətlə yetirib.

Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27