Doku Umarov Əsədə qarşı cihad elan etdi
14 noyabr 2012 12:58 (UTC +04:00)

Doku Umarov Əsədə qarşı cihad elan etdi

Lent.az-ın Şimali Qafqaz yaraqlılarına yaxın olan saytların birinə istinadən verdiyi məlumata görə, Umarov bu barədə öz video-müraciətində bildirib.

Məlumata görə, Umarov Əsədi öz xalqının, islam ümmətinin qanın tökməkdə ittiham edib.

“Şamda cihad edən qardaşlarımıza kömək etmək borcumuzdur. Biz Qafqaz mücahidləri təkcə öz dualarımızla yox, əməlimizlə də qardaşlarımıza kömək etməliyik. Və mən, Doku Osman Umarov bu cihadı elan edirəm” - deyə, müraciətdə bildirilir.

Səbuhi
# 2287

Oxşar yazılar