Polislər də həmkarlar təşkilatı yaratdılar
12 noyabr 2012 13:35 (UTC +04:00)

Polislər də həmkarlar təşkilatı yaratdılar

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ötən həftənin cümə günü polislərin bununla bağlı müraciətini qəbul etməyən Ankara Valiliyi bu gün müraciəti qəbul edib. Bununla da Türkiyədə rəsmən polislərin həmkarlar təşkilatı yaradılmış olub.


Qeyd edək ki, 29 min polis adından Ankara Valiliyinə təqdim edilən müraciətdə qeyd olunub ki, Türkiyədə hər 13 gündə 1 polis məmuru intihar edir, polislərin durumu ilə maraqlanan yoxdur. Müraciətdə o da vurğulanıb ki, dövlət məmurları həftədə 40 saat işlədiyi halda polislər ən azı 60 saat çalışır, matç, konsert, mitinq olan zaman isə iş saatı 80 saata çatır.
# 749

Oxşar yazılar