Gürcüstanın ABŞ-dakı səfiri istefa verib
09 noyabr 2012 15:55 (UTC +04:00)

Gürcüstanın ABŞ-dakı səfiri istefa verib

APA-nın xəbərinə görə, səfir bu qərarını öz “Facebook” səhifəsində açıqlayıb. O, qərarı haqda xarici işlər nazirini məlumatlandırdığını söyləyib: “Hər kəs xarici siyasətimizin Amerika istiqamətindəki nailiyyətlərdən çox yaxşı xəbərdardır və bu barədə danışıb sizləri yormaq istəmirəm. Gürcüstan prezidentinə mənə ölkəmin mənafeyi naminə çalışmaq üçün unikal imkan yaratdığı üçün xüsusi minnətdarlıq edirəm”.

İstefaya münasibət bildirən Gürcüstanın xarici Maya Pancikidze deyib ki, hazırda səfir vəzifəsinə bir neçə nəfərin namizədliyi nəzərdən keçirilir. O, yaxın günlərdə daha bir neçə səfirin istefaya göndəriləcəyini bəyan edib.
# 1087

Oxşar yazılar