Əkizlərinə Barak və Mitt adı verdi - FOTO
09 noyabr 2012 11:39 (UTC +04:00)

Əkizlərinə Barak və Mitt adı verdi - FOTO

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, 20 yaşlı Millisent Ovuorun Obama prezident seçildiyi gün Keniyanın cənub-qərbində əkiz uşaqlar dünyaya gətirib.

Məlumata görə, həmin vaxt xəstəxanadan bir qədər aralıda, Obamanın ulu babasının kəndində insanlar prezidentin qələbəsini qeyd edirmiş.

“Həmin vaxt ürəyimdən keçdi ki, əkizlərdən birinə Barak, o birinə isə Mitt adını verim” - deyə, Ovuor bildirib.
# 1141

Oxşar yazılar