ABŞ Tehrana qarşı yeni sanksiyalar siyahısını açıqlayıb
09 noyabr 2012 07:43 (UTC +04:00)

ABŞ Tehrana qarşı yeni sanksiyalar siyahısını açıqlayıb

ABŞ İrana qarşı birtərəfli yeni ən iri həcmli sanksiyalar zərfi qəbul edib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin sənəddə Tehrana qarşı «insan haqlarının pozulması, kütləvi qırğın silahının yayılması və terrorçuluğun dəstəkləməsi» iddiaları da öz əksini tapıb.

ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi mətbuat xidmətləri bildirib ki, bundan başqa sənəddə İranın 17 fiziki və hüquqi şəxsinə də sanksiya tətbiq edilir.
Sanksiya tətbiq edilənlərin siyahısına İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rza Tağıpur, Mədəniyyət və İslam irşad Nazirlyinin mətbuata nəzarət şurası, İranın Milli Neft Şirkəti, hüquq-mühafizə qoşunlarının rəisi (çevik polis alayı) İsmayıl Əhmədi-Müqəddəm də düşüb. Sonuncu ikisinə Vaşinqton artıq cari il sanksiya tətbiq edib.

Qara siyahıya düşənlər arasında bəsicilərin (İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası, yarımhərbi dəstə) komandanı Əli Fəzli, İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən «Kataib Hizbullah» qrupunu lideri Kərim Cəfər Möhsün əl-Qamin, onun daha iki üzvü (üç iraqlı), qvardiyanın xüsusi ordusu, «əl-Qüds»-ün komandanı və «kurator»u Məhəmməd Minainin də adları var.

Sanksiya Tehrandakı İmam Hüseyn adına Universitetə, Tibb Elmləri Universitetinə, habelə başqa təşkilat, şirkət və fiziki şəxslərə tətbiq ediləcək.

ABŞ prezidenti Barak Obamanın əvvəlki sanksiyalarında da adları qara siyahıya düşənlərin Amerikaya səfəri bir qayda olaraq, yasaqlanır. Bununda qadağa təbiq edilmişləri bank hesabları dondurulacaq.

Adları sanksiya siyahısında olanlarla ABŞ vətəndaşlarının istənilən əməkdaşlığı qadağan edilib.

Adları qara siyahıya düşən iranlı fiziki və hüquq şəxslər vətəndaşların «söz, sərbəst toplaşmaq azadlıqları»nı pozmaqda, bu istiqamətdə zor tətbiq etməkdə, «kütləvi informasiya vasitələrinə, televiziya, radio, o cümlədən xaricdən İrana yayımlanan peyk siqnallarına boğucu qurğulara tətbiq edərək» məhdudiyyət qoymaqda da suçlanırlar.

Onlardan biri Rza Tağıpur xarici televiziya kanallarının İranda yayımının qarşısını almaq məqsədi ilə boğucu quruğuların tətbiq edilməsinə göstəriş verməkdə, vətəndaşların internetə sərbəst girişinə süni əngəllər yaratmaqda, Mədəniyyət və islam irşad Nazirliyi azad mətbuata təzyiqlərdə, «çox saylı qəzet və jurnalları bağlamaqda, jurnalistlərin həbsinə yardım etməkdə» suçlanırlar.

Dövlət Departamenti bildirib ki, İran hakimiyyəti son zamanlar çoxlu sayda «ictimai fəallara, jurnalistlərə, hüquqçulara, tələbələrə və yaradıcı insanlara qarşı təzyiqlər edib, onları işgəncəyə məruz qoyub».

Qurum ABŞ adminstrasiyasının gələcəkdə də İran xalqının azadlıq və ləyaqəti uğurunda mübarizəsini dəstəkləyəcək, Tehranın «elektron çətirinə qarşı» maneələr yaradacağaq, ölkə əhalisinin dünya ilə sərbəst informasiya mübadiləsinə yardım edəcək.

Sədrəddin Soltan
# 859

Oxşar yazılar