«Banan savaşı» bitdi
09 noyabr 2012 02:54 (UTC +04:00)

«Banan savaşı» bitdi

Bananla bağlı iyirmi il boyunca davam edən beynəlxalq mübahisələr qaydasına düşüb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Dünya Ticarət Təşkilatının Cenevrədəki mənzil-qərargahında Avropa Birliyi ilə Latın Amerikanın 20 ölkəsi arasında anlaşma imzalanıb.Bununla da «banan savaşının» başa çatdığı iddia olunub.

Dünya Ticarət təşkilatının başçısı Paskal Lami anlaşmanı «tarixi an» adlandırıb.

Latın amerikalı banan ixracatçıları Avropa Birliyinin qiymət siyasətinə qarşı çıxaraq, Avropanın Afrikadakı keçmiş müstəmləkələrindəki və Qərib hövzəsindəki banan yetişdirənlərin hüquqların müdafiə edirdilər.

2009-cu ildə Avropa Birliyi Latın Amerikasından ixrac olunan bananın tarifini yavaş-yavaş azaldılmasına dair razılıq əldə etmişdi.
# 1005

Oxşar yazılar