Əsəd ölməkdən danışdı
08 noyabr 2012 16:01 (UTC +04:00)

Əsəd ölməkdən danışdı

Lent.az-ın “Russia Today” telekanalına istinadən verdiyi məlumata görə, Bəşər Əsəd Qərb ölkələrinin Suriyaya hərbi müdaxilə edəcəyinə inanmadığını söyləyib.

Suriya prezidenti belə bir əməliyyat keçirilərsə, bunun Qərb ölkələrinə baha başa gələcəyini bildirib. Onun sözlərinə görə, Suriyaya hərbi müdaxilənin qlobal nəticələri olacaq, bütün dünya bundan zərər görəcək: “Bu hərbi müdaxilə domino effekti yaradaraq Atlantik okeandan Sakit okeana qədər bütün dünyaya təsir edər. Nələr baş verəcəyini heç kəs proqnozlaşdıra bilməz”.

Bəşər Əsəd Böyük Britaniyanın baş naziri Devid Kameronun Suriyanı təhlükəsiz şəraitdə tərk etməsinə təminat verilə biləcəyi barədə bəyanatına isə sərt reaksiya verib: “Mən Qərbin oyuncağı deyiləm. Qərb tərəfindən hakimiyyətə gətirilmədim ki, Qərbə, yaxud başqa bir ölkəyə gedəm. Suriyalıyam, Suriyada anadan oldum, Suriyada yaşayacağam və burada da öləcəyəm”.
# 2130

Oxşar yazılar