Ermənistan təyyarəsi Türkiyəyə endirildi - FOTO
08 noyabr 2012 10:07 (UTC +04:00)

Ermənistan təyyarəsi Türkiyəyə endirildi - FOTO

Bu gün Suriyaya gedən Ermənistan Hava Yolları şirkətinə məxsus yük təyyarə Türkiyənin Ərzurum şəhər hava limanına endirilib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Ermənistan rəsmiləri və pilotlar təyyarədə humanitar yardım olduğunu bildiriblər. Hazırda “Antonov AN 12” tipli təyyarədə axtarış aparılır. Hələ məsələ ilə bağı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl də Ermənistana məxsus olan və Suriyaya gedən bir təyyarə Türkiyədə endirilib, yük yoxlandıqdan sonra uçuşuna icazə verilib.
# 5374

Oxşar yazılar