Terrorçulara daha bir zərbə
08 noyabr 2012 04:25 (UTC +04:00)

Terrorçulara daha bir zərbə

Türkiyənin Şemdinli bölgəsində terrorçu PKK-çıların sığındığı mağarada ağır silahlar olan cəbhəxana aşkarlanaraq, ələ keçirilib.

Lent.az-ın «Habertürk»ə istinadən məlumatına görə, Hakkari valiliyinin açıqlamasında bildirilib ki, Karıbitməyən Təpədə terrorçuların istifadə etdiyi mağarada əməliyyat aparılıb.
Açıqlamada terror olaylarının qarşısının alınması ilə bağlı aparılan əməliyyatların həssaslıqla davam etdiyi də vurğulanıb.

Başqa bir xəbərə əsasən, Türkiyənin Silahlı Qüvvələrinin «Bordo bereliləri» terrorçu PKK-nın sığınacaqlarına nöqtə qoymaq məqsədi ilə əməliyyat keçirib. Bunun üçün onlar 5 km İraq ərazisinə girib. Əməliyyatı başa çatdırdıqdan sonra onlar geri dönüb.
# 1213

Oxşar yazılar