Ermənistan əhalisi 200 min nəfərədək azalıb
31 oktyabr 2012 16:15 (UTC +04:00)

Ermənistan əhalisi 200 min nəfərədək azalıb

Son 10 ildə Ermənistan əhalisinin sayı 130 823, ölkədə daimi yaşayanların sayı isə 194 157 nəfər azalıb. APA-nın məlumatına görə, bu rəqəmi jurnalistlərə Ermənistan Milli Statistika Xidmətinin əhalinin siyahıya alınması və demoqrafiya şöbəsinin müdiri Karine Kuyumcyan açıqlayıb.

Onun sözlərinə görə, ötən il keçirilmiş əhalinin siyahıya alınmasının ilkin nəticələrinə görə, Ermənistan əhalisinin sayı 2 871 771 nəfər, daimi yaşayanların sayı isə 3 018 854 nəfərdir. Əhalinin sayı dedikdə siyahıyaalma zamanı daimi qeydiyyat yerindən asılı olmayaraq konkret məntəqədə olanların sayı, daimi yaşayanlar dedikdə isə yaşadığı yerdən asılı olmayaraq konkret ünvanda qeydiyyatda olanların sayı nəzərdə tutulur.

Nəticələrə görə, Ermənistan əhalisinin 36.7 faizi kəndlərdə, 63,3 faizi şəhərlərdə yaşayır. Şəhər əhalisinin 55 faizi İrəvanda məskunlaşıb.
Əhalinin sayında ən çox azalma Lori vilayətində (36 248 nəfər), ən az azalma isə Araqatsotnsk vilayətində qeydə alınıb. Ölkə üzrə son 10 ildə yalnız Kotayk və Armavir vilayətlərində əhalinin sayında cüzi artım qeydə alınıb, hər iki vilayətdə əhalinin sayı müvafiq olaraq 3987 və 778 nəfər artıb.

Ermənistanda əhalinin siyahıya alınması prosesinin yekun nəticələri gələn il açıqlanacaq.
# 1672

Oxşar yazılar

Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

28 aprel 2024 , 19:09
“Mercedes” qalmaqaldan qurtuldu

“Mercedes” qalmaqaldan qurtuldu

28 aprel 2024 , 17:10
Stallone memuar yazır

Stallone memuar yazır

28 aprel 2024 , 16:10
Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22