Peyğəmbərin məzarının yerləşdiyi məscid sökülür
31 oktyabr 2012 15:46 (UTC +04:00)

Peyğəmbərin məzarının yerləşdiyi məscid sökülür

Məhəmməd peyğəmbərin də məzarının olduğu Məscid-i Nəbəvi söküləcək, yerində 6 milyard dollarlıq yeni bir məscid tikiləcək. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Məhəmməd peyğəmbər və əshabələri tərəfindən inşa olunan, Peyğəmbər Məscidi kimi də tanınan Məscid-i Nəbəvi Məkkədəki Məscid-i Haramdan sonra islam aləmində ikinci ən müqəddəs məsciddir. Bu məsciddə Məhəmməd peyğəmbərlə bərabər imam Əbu Bəkir və imam Ömərin də məzarları var. Məscid-i Nəbəvinin yerində tikiləcək yeni məscid 1,6 milyon insan tutumu ilə dünyanın ən böyük binası olacaq. Səudiyyə Ərəbistanının kral ailəsi müqəddəs məkanın genişləndirilməsinə ehtiyac olduğunu bəyan edərək bu layihəni dəstəkləyir. Lakin inşaat işləri zamanı məzarların necə mühafizə olunacağı, məscidin ətrafında yerləşən 7-ci əsrə aid tiklilərə hansı zərərin dəyəcəyi açıqlanmır.

Mədinədə otel sektorunda çalışan iş adamları da bu layihədən faydalanmaq üçün hərəkətə keçiblər. Mədinənin islam irsinin yerləşən bu bölgəsində artıq çoxmərtəbəli binaların, otellərin, ticarət mərkəzlərinin tikintisi başlanıb. Bu məkanda oteldə bir gecə qalmaq 500 dollara başa gəlir. İslam İrsini Araşdırma Dərnəyinin rəhbəri, professor İrfan əl-Ələvi deyib ki, Mədinədə həyata keçiriləcək layihədə məqsəd zəngin hacılardan daha çox pul qazanmaqdır, həcc ziyarəti yoxsulların gedə bilməyəcəyi qədər baha olacaq.
Qeyd edək ki, Məscid-i Nəbəvini sökmək məsələsi ilk dəfə 1926-cı ildə gündəmə gəlib. AKP millət vəkili, professor Nevzat Yalçıntaş deyib ki, həmin vaxt Səudiyyə Ərəbistanı ölkədəki bütün məzarları dağıtmağa başlayıbmış. Atatürk sıranın Məhəmməd peyğəmbərin qəbrinə çatdığını öyrənəndə Səudiyyə Ərəbistanına bir məktub göndərib və Məscid-i Nəbəvidə bir məzara belə toxunularsa, Türkiyə ordusunu bu ölkəyə yeridəcəyini yazıb. Bundan sonra Məhəmməd peyğəmbərin qəbrinə toxunulmayıb.
# 6193

Oxşar yazılar

Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

28 aprel 2024 , 19:09
“Mercedes” qalmaqaldan qurtuldu

“Mercedes” qalmaqaldan qurtuldu

28 aprel 2024 , 17:10
Stallone memuar yazır

Stallone memuar yazır

28 aprel 2024 , 16:10
Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22