Kastronun silahdaşı, kubalı dissident vəfat edib
26 oktyabr 2012 22:23 (UTC +04:00)

Kastronun silahdaşı, kubalı dissident vəfat edib

Kuba paytaxtı Havanda tanınmış kubalı dissident Eloy Quteres Menoyo 77 yaşında vəfat edib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, 1959-cu ildə, inqilab zamanı ölkənin keçmiş lideri Fidel Kastro Rusun silahdaşlarından olub. Bir müddət sonra E.Q.Menoyo Fidel Kastroya qarşı uğursuz hərbi çevrilişə başıçılq etmişdi.

1986-cı ildə həsbdə çıxan bu dissident həyatının 22 ilini dəmir barmaqlıqlar arasında keçirib.

Azadlığa çıxandan sonra o, Mayamidə yaşayıb.Orada Kuba mühacirəti ilə hakimiyyəti arasında münasibətin normallaşması üçün qrup yaratmışdı.
Hakimiyyəti tənqidi çıxışlar etsə də 2003-cü ildə ona Kubada yaşamağa icazə verilmişdi.
# 570

Oxşar yazılar