Rusiyada uşaqlara araq satanlara fantastik cərimə
26 oktyabr 2012 18:47 (UTC +04:00)

Rusiyada uşaqlara araq satanlara fantastik cərimə

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, üçüncü oxunuşda qəbul edilən dəyişiklik yetkinlik yaşına çatmayan şəxslərə araq satanlar üçün nəzərdə tutulan cərimələrin miqdarının 10 dəfədən çox artırılmasını nəzərdə tutur. Beləliklə, uşaqlara alkoqollu içkilər satan vətəndaşlar üçün nəzərdə tutulan cərimənin miqdarı 3-5 min rubldan 30-50 min rubla, vəzifəli şəxslər üçün cərimənin miqdarı 10-20 min rubldan 100-200 min rubla, hüquqi şəxslər üçün cərimənin miqdarı 80-100 min rubldan 300-500 min rubla qədər artırılıb.

Qeyd edək ki, hazırda Rusiyada 11-24 yaşlı şəxslərin 80,8 faizi müntəzəm alkoqollu içkilərdən istifadə edir. Kənd yerlərində isə bu göstərici 90 faizə çatır. Son illər pivə və zəif alkoqollu içkilərdən istifadə edənlərin orta yaş göstəricisi 14 yaşdan 11 yaşa enib. Rusiya hökuməti inzibati yolla ölkədə alkoqolizmlə mübarizə aparmağa çalışır.
# 1448

Oxşar yazılar