Uşaqlar məktəblərdə porno öyrənəcəklər!...
26 oktyabr 2012 19:13 (UTC +04:00)

Uşaqlar məktəblərdə porno öyrənəcəklər!...

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, britaniyalı pedaqoqlar məktəblilərin müasir dövrdə “daha çox seksuallaşma”-nın təsirinə düşməmələri üçün pornoqrafiyanı öyrənməklə seksual təhsil almalarını təklif ediblər.

Pedaqoqlar bildiriblər ki, hazırda uşaqların cinsi əlaqənin olduğu filmlərə baxmaq imkanları genişdir, gənclər porno dünyası ilə real seks dünyası arasında ilişib qalırlar. Pedaqoq Sion Xamfreys deyib ki, pornoqrafiya məhsullarına asanlıqla baxmaq müasir dünyanın reallığıdır: “Ona görə də uşaqlara vərdişlər aşılamaq lazımdır ki, hazırlıqlı olsunlar. Uşaqlara pornoqrafiyadakı sekslə real həyatdakı seksin fərqi öyrədilməlidir. Porno sənayesinin təsiri altına düşən yeniyetmələr son nəticədə özlərini xoşbəxt saymırlar...”
# 3850

Oxşar yazılar