“Exxon-Mobil”-in rəhbərlərindən biri güllələnərək öldürülüb
26 oktyabr 2012 17:46 (UTC +04:00)

“Exxon-Mobil”-in rəhbərlərindən biri güllələnərək öldürülüb

ABŞ-ın “Exxon-Mobil” neft şirkətinin rəhbərlərindən biri Belçikada güllələnərək öldürülüb.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 14-də olsa da, bununla bağlı rəsmi məlumat Belçika polisi tərəfindən bu gün açıqlanıb.
Böyük Britaniya vətəndaşı olan Nikolas Makford oktyabrın 14-də restorandan çıxarkən iki nəfər yaxınlaşaraq, ona 4 dəfə atəş açıb. Həmin vaxt Nikolas Makfordun yanında olan xanımı isə döyülüb. Hazırda cinayətkarlar axtarılır.

Qeyd edək ki, “Exxon-Mobil” şirkəti Azərbaycanda da neft layihələrində iştirak edir.
# 767

Oxşar yazılar