«Fukusima» yaxınlığında tutulan balıqlar yeməyə yararsızdır
26 oktyabr 2012 05:21 (UTC +04:00)

«Fukusima» yaxınlığında tutulan balıqlar yeməyə yararsızdır

Yaponiyanın «Fukusima» Atom Elektrik Stanisiyası (AES)rayonunda aparılan araşdırmalara əsasən, oradan radioaktiv maddələr sızmaqdadır.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, stansiyanın yerləşdiyi ərazidə dənizdən tutulan balıqlarda belə maddələr aşkarlanıb. AES-dəki qəzadan isə bir ildən artıq bir vaxt keçib.

Alimlərin əldə etdikləri nəticələrə əsasən, həmin bölgədə tutulan balıqların 40 faizi yemək üçün yararsızdır.

Qeyd edək ki, 2011-ci ili martın 11-də 9 bal gücündə zəlzələ və sunami nəticəsində «Fukusima» AES də ağır zədələnmişdi.
# 617

Oxşar yazılar