İrəvanda bina uçub: 9 fəhlə dağıntılar altında
25 oktyabr 2012 15:27 (UTC +04:00)

İrəvanda bina uçub: 9 fəhlə dağıntılar altında

APA-nın məlumatına görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində dağıntılar altında inşaat işlərini aparan bir neçə nəfər fəhlə qalıb.

Yerli KİV-in məlumatına əsasən isə, hadisə İrəvan Hancyan küçəsində baş verib, uçqunun altında isə 9 nəfər qalıb.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Artıq fəhlələrdən birini xilas etmək mümkün olub.

Uçqunun səbəbləri hələ məlum deyil.
# 1011

Oxşar yazılar