Əfqanıstanda yeni böyük neft yatağı tapılıb
25 oktyabr 2012 06:31 (UTC +04:00)

Əfqanıstanda yeni böyük neft yatağı tapılıb

Əfqanıstanın şimal-qərbində böyük neft yatağı tapılıb.
Yatağı Kanada şirkəti Terraseis aşkar edib.Yataq Faryab vilayətindədir. Bu vilayət Türkmənistanla həmsərhəddir.

Çinin Milli Neft Korporasiyası isə bu həftə ölkənin Saripol vilayətində neft hasilatına başlayıb.Şirkət oradan gündə 2 min barrel neft çıxartmağı planlaşdırır. Ancaq qurumdan bildirilib ki, yeni quyular qazıldıqca hasilat kəskin şəkildə artacaq.

«Azadlıq» radiosu
# 1332

Oxşar yazılar