Qəddafini mətbuat katibi: «Məni tutmayıblar»
21 oktyabr 2012 06:43 (UTC +04:00)

Qəddafini mətbuat katibi: «Məni tutmayıblar»

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin mətbuat katibi Musa İbrahim mövcud hakimiyyət tərəfindən tutulması ilə bağlı deyilənləri təkzib edib.

Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, həbsi ilə bağlı yayılmış məlumatdan bir neçə saat sonra internetdə onun səs yazısı yayımlanıb: «Bu gün həbsim bağlı xəbər Bəni-Validdə xalqımıza qarşı cinayətdən diqqəti yayındırmaq məqsədi ilə yayılıb».

Qeyd edək ki, həmin şəhərdə Qəddafi tərəfdarları ilə hakimiyyətyönlü silahlı qüvvələr arasında silahlı toqquşma baş verib. Yerli həkimlərin məlumatına əsasən, 22 nəfər həlak olub, 200 nəfərdən çox insan yaralanıb. Həmin atışmada Qəddafinin kiçik oğlu Hamis Qəddafinin də öldürüldüyünü Liviya Milli Şurası bəyan edib.

Oktyabrın 20-də Musa İbrahimin tutulması xəbərini isə ölkənin baş naziri Əli Zidan bildirmişdi. Bu tarix həm də Müəmmar Qəddafinin ölmünün ildönümüdür.
# 1584

Oxşar yazılar