29 yaşlı müsəlman qadın Norveçdə nazir oldu
Norveçin baş naziri Yens Stoltenberq hökumətdə dərin yerdəyişmələr edəcəyini bildirib. Lent.az-ın «rbk»-ya istinadən məlumatına görə, o, bu yöndə ilk addımını da atıb.Baş nazir 29 yaşlı müsəlman Hədiyyə Tayiki Norveçin mədəniyyət naziri təyin edib. Hədiyyə ölkə tarixində ən gənc, həm də ilk müsəlman nazirdir. Hökumətin bu yeni üzvü artıq öz proqramını da açıqlayıb. O, bildirib ki,çox mədəniyyətlilik Norveçin gündəlik həyatının ayrılmaz hissəsi olaraq, qalmalıdır. Hədiyyə xanım milli azlıqların da Norveç cəmiyyətinə inteqrasiyasına çalışacağını bildirib. Bundan ötrü onların bir sıra sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstərəcəyini deyib.
Onun sözlərinə görə, mühacirlərini bir çoxu ölkənin həyatında fəal iştirak edə bilmir, elə bu üzdən də onlar işləmir və yaxşı təhsil almır.
Hədiyyə Tayik Pakistandan çıxan ailədə anadan olub. O, bir müddət Norveç KİV-də çalışıb. Sonra isə Əmək Nazirliyinə sosial məsələlər üzrə müşavir vəzifəsində işləyib.
Sədrəddin Soltan

Oxşar yazılar

Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24